Biləsuvar, Quba və Tovuz şəhərlərinin Baş planlarının hazırlanması üzrə tender keçirilir

Biləsuvar, Quba və Tovuz şəhərlərinin Baş planlarının hazırlanması üzrə tender keçirilir
12:32 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət büdcəsi hesabına Biləsuvar, Quba və Tovuz şəhərlərinin Baş planlarının hazırlanması işlərinin satın alınması üzrə açıq tender keçirir.
“Report” Komitənin Tender Komissiyasına istinadən xəbər verir ki, tender üç lot - “Biləsuvar şəhərinin Baş Planının hazırlanması”, “Quba şəhərinin Baş Planının hazırlanması”, “Tovuz şəhərinin Baş Planının hazırlanması” üzrə keçirilir.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üzrə 100 manat məbləğində iştirak haqqı ödəməlidir. 
Ərazi planlaşdırılması sənədlərinin hazırlanması sahəsində texniki imkanları, idarəetmə səriştəsi, peşəkarlığı, təcrübəsi və satınalma müqaviləsini bağlamaq səlahiyyəti olan, vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son 5 ildə şəhərlərin baş plan layihəsinin işlənməsi üzrə iki və daha çox iş icra edən təşkilatlar iştirak edə bilər.
İddiaçılar sənədləri noyabrın 18-i saat 16:00-dək, tender təklifi və qiymətinin 1%-i həcmində bank təminatını isə noyabrın 28-i saat 16:00-a qədər Komitəyə (Bakı şəhəri, Füzuli küçəsi,65) təqdim etməlidirlər.
Tender təkliflərinin açılışı Komitədə noyabrın 29-u saat 16:00-da keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bilesuvar-quba-ve-tovuz-seherlerinin-bas-planlarinin-hazirlanmasi-uzre-tender-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR