Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Şakro Molodoy" kriminal aləmin lideri elan olundu

"Şakro Molodoy" kriminal aləmin lideri elan olundu

Date: 14 October 2016 12:32

"Qanuni oğru" Zaxari Kalaşov (Şakro Molodoy) cinayət işi materiallarında barəsində "Rusiya cinayətkar aləminin lideri" ifadəsi işlədilən yeganə insandır.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, bu, ölkədə tətbiq edilən nadir haldır. Bundan əlavə, FTX tərəfindən onun barəsində açılan cinayət işi maddəsi də nadir hallarda rast gəlinənlərdəndir. Belə ki, Şakro barəsində "cinayət iyerarxiyasında yüksək mövqe tutan şəxs tərəfindən cinayətkar birliyin təşkili" maddəsilə cinayət işi açılıb. 

İstintaqın versiyasına görə, Şakro aşağı ranqlı kriminal avtoritetlərin və "federal" cinayətkar aləmin sıravi iştirakçılarının fəaliyyətini koordinasiya edib, müstəqil fəaliyyət göstərən müxtəlif mütəşəkkil qruplar arasında sabit əlaqələr yaradıb, onlar üçün cinayət planları hazırlayıb, onlar arasında təsir dairələrini bölüşdürüb və gəlirləri paylaşmaqlarına kömək edib.

Məlumat üçün bildirək ki, Zaxari Kalaşov bu ilin iyul ayında Rusiya Daxili İşlər Nazirliyinin keçirdiyi xüsusi əmıliyyatla saxlanılıb. "Qanuni oğru"nun saxlanılmasının videogörüntüləri də mediaya ötürülüb.

Milli.Az


Tags:  Şakro Molodoy kriminal aləmin lideri elan olundu

RƏYLƏR


Top news