Dünyada smartfonlar üçün ən sürətli simsiz enerjidoldurma qurğusu yaradılıb

Dünyada smartfonlar üçün ən sürətli simsiz enerjidoldurma qurğusu yaradılıb
12:35 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın “LG” şirkəti tərəfindən istehsal ediləcək simsiz enerjidoldurma qurğusu başqa analoji qurğularla müqayisədə smartfonun batareyasının şarjını daha sürətli dolduracaq.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, sözügedən şirkət cari ayda smartfonun enerji ilə doldurulması üçün 15 Vatt gücündə panel çıxaracaq. Bu, indi bazarda mövcud olan başqa analoji qurğularla müqayisədə üç dəfə çoxdur. Bir qayda olaraq, həmin qurğuların gücü 5 Vatt təşkil edir. Şirkətin məlumatına görə, 30 dəqiqə ərzində batareyanın şarjını 50% doldurmaq mümkün olacaq.

Simsiz enerjidoldurma qurğuları gözlənilən nəticəni vermədiyindən bir o qədər populyar deyillər. “LG” şirkəti bu problemi həll edib. Bundan başqa, yeni qurğu cihazın çox qızmasına mane olur, akkumulyatoru partlayışdan qoruyacaq.

2015-ci ilin nəticəsinə görə, simsiz enerjidoldurma qurğuları bazarının həcmi 553 milyon dollar təşkil edib. Ekspertlərin proqnozuna görə, 2019-cu ilə bu göstərici 2.2 milyard dollara yaxınlaşacaq.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43814-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR