Smartfonlar üçün elastik displey yaradılıb

Smartfonlar üçün elastik displey yaradılıb
12:35 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Çinin “Baidu” resursunda “Xiaomi” şirkətinin smartfonlar üçün elastik displey konseptinin şəkilləri yerləşdirilib.

Şəklə əsasən, displey istənilən tərəfə əyilmək qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, təsviri “Baidu” resursunun saytında yerləşdirmiş istifadəçi əmin edir ki, bu, elastik displeyin konsepti deyil, smartfondur. Ancaq şəkildəki elastik qurğu çox nazikdir. Bundan başqa, “Androidheadlines” resursu yazır ki, sözügedən elastik qurğu smartfon üçün lazımi atributlara malik deyil.

Qeyd edək ki, müxtəlif ölkələri təmsil edən bir neçə şirkət elastik ekranın yaradılması üzərində iş aparır. 1 atom qalınlığında karbon lövhələrindən ibarət ikiölçülü qrafen materialı belə ekranın əsasını təşkil edir.
2004-cü ildə Andrey Qeym və Konstantin Novoselov tərəfindən kəşf edilmiş qrafen materialı xüsusi möhkəmliyi (polad materialını 200 dəfə üstələyir), həmçinin yüksək elektrik keçiriciliyi və elastikliyi ilə seçilir.

Qrafen əsasında hazırlanmış ilk ekranlardan biri 2014-cü ildə “Cambridge Graphene Center” ilə birgə Britaniyanın “Plastic Logic” şirkəti tərəfindən təqdim edilib. 2015-ci ildə Mançester və Nyukastl universitetlərinin alimləri, həmçinin bu materialdan istifadə nəticəsində hazırlanmış elastik rəngli yarımşəffaf “LED” panel nümayiş etdiriblər.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43805-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR