23 yaşlı oğlanın intihar səbəbi

23 yaşlı oğlanın intihar səbəbi
12:43 14 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunda 1993-cü il təvəllüdlü Şabanov Şahlar Zülfüqar oğlu özünü yaşadığı evdə asaraq intihara cəhd edib. Yaxınlarının köməkliyi ilə xilas edilən gənc Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra vəziyyəti normal qiymətləndirilir.

Publika.az 23 yaşlı gəncin intihar cəhdinin təfərrüatını öyrənib.

Şahların qardaşı Asif Şabanov qardaşının 2 il əvvəl ailə qurduğunu və ondan sonra psixoloji problemlərinin yarandığını deyib: “Qardaşım ailə qurub və bizdən ayrı yaşayır. Lakin təxminən bir il ki, olar uşağı olandan sonra yoldaşı ilə münasibətləri pozulub. Dəfələrlə mübahisələri olub. Sonuncu dəfə 20 gün olar yenidən dalaşıblar və qardaşım anamla, mənim yanıma gəlib bizimlə yaşayır. Qardaşım özü də problemli insandır. Deyə bilmərəm ki, intihar etmə səbəbi məhz yoldaşıdır. Amma psixi pozuntuları var. Əvvəl belə olmayıb. Uşaq vaxtı başından travma alıb, lakin heç vaxt intihar cəhdi olmayıb. Onun gərgin olduğunu biz də görürdük. Ancaq dərdini danışan adam deyil. Nə qədər soruşsaq da bizimlə danışmır. İntihar edəndə hamımız evdə idik. Gecə həyətə çıxdı, bir müddət sonra təsadüfən mən həyətə çıxanda özünü asdığını gördüm. Tez təcili yardım çağırdıq, onu xilas etmək mümkün oldu”.

A.Şabanov bir müddət əvvəl qardaşının damarlarını kəsərək intihara cəhd etdiyini deyib: “Nə soruşsaq da, o ancaq “özü öldürəcəm” deyir. İki dəfə cəhd edib, yəqin bir də edəcək. Çünki psixoloji problemi var. Bu problemi həll olmasa, yenidən cəhd edə bilər”.

Ş.Şabanovun yerləşdirildiyi Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindən bildirilib ki, hazırda vəziyyəti normal qiymətləndirilir: “Xəstəxanaya yerləşdirilərkən onun huşu özündə olmayıb. Lakin ona yardım göstərilib. Hazırda özünü yaxşı hiss etdiyini deyir və evə getmək istəyir. Ancaq həkim razılıq vermir. Ona psixoloji yardm göstərilməlidir, psixoloq çağırmış, onu müayinə edəcək, müvafiq dərmanlar yazacaq. Yalnız bundan sonra evə getməsinə razılıq verə bilərik”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR