Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

XİN-dən Yuri Uşakovun açıqlamasına REAKSİYA

XİN-dən Yuri Uşakovun açıqlamasına REAKSİYA

Date: 14 October 2016 12:48

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına münasibət bildirərkən deyib.

XİN rəsmisi qeyd edib ki, Y.Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddiyyət təşkil edir: "Həmçinin bu açıqlama Rusiyanın xarici işlər naziri S.Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir".

H.Hacıyev bildirib ki, Azərbaycan suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir: "Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək".

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Y.Uşakov bəyan edib ki, Moskvada yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük nikbinlik yoxdur. O deyib ki, bununla belə Moskva Bakı və Yerevanla işi davam etdirəcək. Y.Uşakovun sözlərinə görə, Rusiya Ermənistanın müttəfiqidir və tərəfdaşlarla razılaşdığı silahları tədarük etmək haqqına malikdir.


Tags:  XİN-dən Yuri Uşakovun açıqlamasına REAKSİYA

RƏYLƏR


Top news