ŞOK: Banklardan 2,5 milyard oğurlandı

ŞOK: Banklardan 2,5 milyard oğurlandı
12:53 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Kibercinayətkarlar 2015-2016-cı ildə ( 2015-ci ilin martından 2016-cı ilin martına qədər) Rusiyada 5,5 milyard rubl (87 milyon 373 min dollar) oğurlayıblar.

Publika.az xəbər verir ki, əvvəlki dövrlə müqayisədə kibercinayətkarlıq 44 faiz artıb. 5,5 milyard rublun 2,5 milyardı Rusiya banklarından çəkilib. Bu da banklardan oğurluğun 4 dəfə artımı deməkdir. Hakerlərin internet banklarına hücumları azalıb. Onlar il ərzində cəmi 956 milyon rubl oğurlaya biliblər. Fərdi kompüterlərə virusların göndərilməsi ilə oğurluqlar isə 83 faiz azalıb. Bununla belə fiziki şəxslər 6,4 milyon rubl itiriblər.

Kibercinayətkarlar üçün “Android” əməliyyat sistemində çalışan mobil qurğulardan hesablardan pul çəkmək daha asan olub. Onlar banklardan 348,6 milyon rubl çəkiblər.

Qeyd edək ki, Rusiya Bankının hesabatına əsasən, 2016-ci ilin əvvəlindən kiberhücumlar səbəbindən ölkədəki kredit təşkilatlarının itkisi iki milyard rubl təşkil edib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/172139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR