® Rəqəmsal Marketinq günü – 5 Noyabr Badamdar oteldə! Sən gəlirsən?!

® Rəqəmsal Marketinq günü – 5 Noyabr Badamdar oteldə! Sən gəlirsən?!
12:54 14 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

5 Noyabr Badamdar (Keçmiş Kempinski, yeni adla Pullman) oteldə Rəqəmsal Marketinq Konfransı keçiriləcək.  Konfransda 16 nəfər yerli, 1 nəfər xarici spiker öz təcrübəsini iştirak edən mütəxəssislərimizlə paylaşacaq.

Kimlər çıxış edəcək və nədən danışılacaq?

Rəqəmsal Marketinq Konfransında 17 nəfər yerli mütəxəssis və 1 nəfər Türkiyədən dəvət etdiyimiz mütəxəssis öz təcrübələrini paylaşacaq. Spikerlər GILAN otelçilik qrupu, Beat Group, 4129Grey İstanbul, PASHA Bank, ASAN Xidmət, New Media, Universal Reklam, TİMWE və digər rəqəmsal marketinq sahəsində aktiv şirkətlərin və agentliklərin nümayəndələridir. Konfransda beynəlxalq və lokal rəqəmsal marketinq trendləri, internet reklamları və effektivliyinin ölçülməsi, sosial şəbəkələrdə imicin qorunması, rəqəmsal kommunikasiya və digər mövzular müzakirə ediləcək. Həmçinin, xüsusi stand up tipli çıxışların olması nəzərdə tutulub.

 

Konfransda təcrübənizə əlavə edəcəksiniz:

  1. Büdcənin effektiv idarə edilməsi

  2. Addım-addım Rəqəmsal strategiyanın qurulması

  3. Sosial media-dan düzgün istifadə, rəqəmsal kommunikasiya və etiket

  4. Online platformalarda necə trend yaratmaq

  5. Rəqəmsal agentliyə verilən tapşırığın səlis yazılması və prosesin idarə edilməsi

  6. Qiymətləndirmə və təhlil üçün effektivliyin ölçülməsində istifadə olunan alətlər

  7. Social CRM əhəmiyyəti

  8. Saytların mobil versiyası kimin üçün lazımdır və mobil versiyada reklam nə dərəcədə effektivdir?

  9. Mobil tətbiq yaratmaq, istifadəsini təbliğ etmək.

  10. İnternet reklamlarında yeni trendlər, yerli monitorinq aləti

 

Kim iştirak edə bilər?

"DMC"də marketinq sahəsində çalışan, rəqəmsal marketinqə dair müzakirələrə qatılmaq, yeni imkanları öyrənmək istəyən hər kəs iştirak edə bilər. İştirakçıların istəyindən asılı olaraq, onlarla çalışdıqları sektorun inkişafı və gələcək imkanları haqqında müsahiblər alınacaq və yayımlanacaq.

 

Biletləri haradan ala bilərsiniz?

Biletləri Facemark.az ofisindən (Dəmirçizadə küçəsi 2/74) və dmcbaku.az, Facebook.com/dmcbaku.az, iticket.az saytından sifariş edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti nahar daxil olmaqla 30 AZN-dir.

 

Dəstəkçilərimiz:

► Təşkilatçı: Facemark.az

► Baş Sponsor: GILAN HOLDİNG

► Kreativ tərəfdaş: Yello ad

► İnformasiya tərəfdaşı: Admedia

► Rəqəmsal tərəfdaş: Newmedia

► Televiziya tərəfdaşı: ARB

► Çap tərəfdaşı: Maxofset

► Dəstəkçilər: LED.AZ, Özsüt, iticket.az, Marketing AIR, Digital AIR, FMR TV, INNAB

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR