Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çingiz Qənizadə AZAL-ı tənqid etdi

Çingiz Qənizadə AZAL-ı tənqid etdi

Date: 14 October 2016 12:59

Millət vəkili Çingiz Qənizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) şikayətlənib.

 

APA-nın məlumatına görə, Ç. Qənizədə parlamentdə çıxışında deyib ki, bu günlərdə Bakıdan İstanbula AZAL-ın təyyarəsi ilə uçub: "Həmin vaxt təyyarənin "biznes-klass" sinfində 20 yerdən 15-i boş olub. İstanbuldan Bakıya qayıdanda xahiş etdim ki, mənə ön tərəfdə yer verilsin. AZAL-ın nümayəndəsi isə dedi ki, qabaq yer və geniş yer üçün əlavə olaraq 30 dollar ödənilməlidir. AZAL-ın bu qaydanı tətbiq etməsinə görə təyyarədə qabaq yerlər boş qalır. AZAL-ın nümayəndələri Türkiyədə özləri bizə yaxınlaşdılar və dedilər ki, rəhbərliyin təlimatı ilə belə qayda tətbiq olunub, buna görə yerlər boş qalır. Ona görə, onlar özləri məndən bu məsələni qaldırmağı xahiş etdilər. Azərbaycanda turizmin inkişaf etdirilməsini istəyiriksə, belə hallar olmamalıdır".

 

Spiker Oqtay Əsədov isə deputatın qaldırdığı məsələyə bu cür reaksiya verib: "Çıxış etmək əvəzinə gəlib bu məsələni mənə təklikdə də deyə bilərdin".


Tags:  Çingiz Qənizadə AZAL-ı tənqid etdi


RƏYLƏR


Top news