İTV-də yayımlanan “Uşaq dünyası” verilişinin növbəti buraxılışı həftənin bazar günü 14:15-də efirə gedəcək.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Ayxan Əlizadənin etdiyi proqramda müğənni Elnarə Xəlilova, loqoped Esmira Qafarova, gənc istedadlı uşaqlar qonaq olacaq.
E.Xəlilova mahnılarını ifa etməklə yanaşı, övladlarından, onların bacarıqlarından söz açacaq. O, uşaqlarının onun sənətini davam etdirib-etdirməyəcəyini açıqlayacaq.
Psixoloq valideynlərə uşaqların istedadını üzə çıxarmaq üçün məsləhətlər verəcək.
Verilişin təkrarı həftənin çərşənbə axşamı saat 14:15-də yayımlanır.