"Atam ölməmiş, onu harada basdıracağımı düşünürdüm" - Hacı Nuran

"Atam ölməmiş, onu harada basdıracağımı düşünürdüm" - Hacı Nuran
13:01 14 Oktyabr 2016
56 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan aparıcı Hacı Nuran Hüseynov ailəsi ilə bağlı kədərli xatirələrini bölüşüb.

Axşam.az-ın məlumatına görə, tanınmış telejurnalist atasının ölümündən danışıb:

"Valideynlərim alim olublar. Hər ikisi rəhmətə gedib. Ailəmiz həkimlərdən ibarət olub. Atam da, anam da xəstəlik üzündən vəfat etdilər. Onları ildə 2-3 dəfə müayinə etdirirdim. Atam beyin iflicindən vəfat etdi. Dostlarım o vaxt mənə çox dayaq oldular. Həmidə Ömərova mənim ikinci anamdır. Həmidə Ömərovanın ad günündən geri qayıdanda atam fikrimdən çıxmırdı. Özümü daha da pis hiss etməyə başladım. Atam ölməmiş, onu harada basdıracağımı düşünürdüm, yas mağarını harada quracağımı fikirləşirdim. Halbuki, atam sağ idi. Evə gəlib atamın yanında oturdum, əlimi tutdu və can verdi".

Sevilən aparıcı anasının ölümü haqda da açıqlama verib:

"Anam da beyin xərçəngindən öldü. Böyük şiş var idi. Türkiyəyə İbrahim Tatlısəsin həkiminə apardım. O da çarəsiz olduğunu dedikdən sonra əlacım qalmadı və qayıtdıq. 8 ay onu izlədim. Onu o vəziyyətdə görməyə dözə bilmirdim. Moskvada tədbirə getmişdim. Tədbirin səhərisi anama baxan Şamama xanım zəng vurub dedi ki, sən yavaş-yavaş gəl də. Mən qayıtmağa hazırlaşanda zəng vurdular ki, artıq keçinib. Oradan buraya gəlmək mənim üçün dəhşətli idi".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR