Mikayılın verilişini Murad Dadaşov aparacaq - SƏBƏB

Mikayılın verilişini Murad Dadaşov aparacaq - SƏBƏB
13:08 14 Oktyabr 2016
180 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur teleaparıcı, şoumen Murad Dadaşov yaxın günlərdə efirdə yeni layihə ilə görünəcək.

Şoumen dünya şöhrətli “Endomol Shine Group” ilə müqavilə imzalayıb. ATV telekanalında tezliklə başlayacaq verilişinin afişasını şəxsi instaqram hesabında izləyiciləri üçün yayımlayan aparıcı bu sözləri yazıb: “Komanda startdadır! Son illərin ən çox danışılan, dünya şöhrətli “Deal or No Deal” şousu Azərbaycana gəlir! Həyəcan dolu bu sualı verməyə çoxdan hazırlaşırıq. Davam ya tamam? Cavabı gözləməyə dəyər!”

Qeyd edək ki, vaxtilə bu veriliş Space-nin aparıcısı Mikayıl Güləddinoğlunun (onda M.Güləddinoğlu prodakşınla çalışırdı – C.) aparıcılığı ilə efirdə nümayiş olunmuşdu.

Maraqlıdır, görəsən, veriliş M.Güləddinoğlu ilə Murad Dadaşovu üz-üzə qoymayacaq ki?

Publika.az-a açıqlama verən M.Güləddinoğlunun cavabı belə oldu: “Murad Dadaşov sənəd-sübut əsasında bu layihəyə rəhbərlik edəcək. Amma mən vaxtilə bir podakşının təqdimatında bu layihəyə aparıcılıq etdim. Ay yarımdan sonra prodakşının rəhbəri mənə dedi ki, sən bu verilişi yarıtmırsan, çıxardılar, başqasını götürdülər. O da uğursuz alındı, veriliş bağlandı. Əslində sənədsiz-sübutsuz layihə idi. Sağ olsun, Murad Dadaşov mənə zəng elədi, dedi ki, belə bir layihəyə rəhbərlik edirəm, vaxtilə sən də bu adla layihədə aparıcı olmusan, nə deyirsən? Zəng etməyə də bilərdi, amma böyüklük nümayiş etdirdi. Bu hərəkəti ilə böyüklüyünün üstünə bir böyüklük də əlavə etdi. Mən ona uğurlar arzulayıram, bilirəm ki, uğur onunla olacaq. Çünki Murad Dadaşovun adı harada varsa, orda uğur var”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR