Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəhid ailələrinin üzvləri AMEA-nın magistraturasında pulsuz oxuyacaq

Şəhid ailələrinin üzvləri AMEA-nın magistraturasında pulsuz oxuyacaq

Date: 14 October 2016 13:08

Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunublar.

APA-nın xəbərinə görə, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksinin tapıb.

Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Layihəyə əsasən dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri təhsil haqqını ödəməkdən azad olunurlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Tags:  Şəhid ailələrinin üzvləri AMEA-nın magistraturasında pulsuz oxuyacaq

RƏYLƏR


Top news