Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"BOA Kollektor Agentliyi"nin təsisçilərindən biri şirkətdəki payını satıb

"BOA Kollektor Agentliyi"nin təsisçilərindən biri şirkətdəki payını satıb

Date: 14 October 2016 13:22

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş borcların yığılması ilə məşğul olan, 2011-ci ildə yaradılmış "BOA Kollektor Agentliyi" MMC-nin iki təsisçisindən biri payını satıb. Bu barədə "Report"a Şirkətdən bildirilib.
Məlumata görə, söhbət "BOA Kollektor Agentliyi"ndə 50%-lik iştirak payına malik İlkin Qəriblidən gedir. Bununla belə, onun payını kimə satdığı açıqlanmayıb. Şirkətin digər təsisçisi isə Rüstəm Hacıyev olaraq qalmaqdadır.
Xatırladaq ki, İlkin Qəribli "Unibank" ASC-nin 56,91%-lik səhmdarı və Bankın Müşahidə Şurasının sədri Eldar Qəribovun, Rüstəm Hacıyev isə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.

Tags:  BOA Kollektor Agentliyinin təsisçilərindən biri şirkətdəki payını satıb

RƏYLƏR


Top news