Dərmanların istifadə təlimatının Azərbaycan dilində olması ilə bağlı XƏBƏRDARLIQ

Dərmanların istifadə təlimatının Azərbaycan dilində olması ilə bağlı XƏBƏRDARLIQ
13:24 14 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Azərbaycanda dərmanların istifadə təlimatının Azərbaycan dilində olması haqqında aidiyyəti müəssisələrə xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nəzarət məqsədilə Analitik Ekspertiza Mərkəzi respublikaya idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olmasını tələb edir.

 

İstifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir. Farmakonəzarət vasitəsilə istifadə təlimatında qeyd edilməyən əlavə təsirlər və s. aşkar olunur və daha sonra həmin əlavə təsirlərin təlimatda öz əksini tapmasını təmin edir. Dərmanların istifadə təlimatlarının əhali üçün anlaşılan və sadə dildə olması zəruridir.

 

Bunları nəzərə alaraq, Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və məsul şəxsləri dəfələrlə əlaqədar dövlət qurumlarını, əczaçılıq topdan və pərakəndə satış müəssisələrini, dərman vasitələri istehsalçılarının nümayəndəliklərini, həmçinin əhalini sözügedən sahədə baş verən yeniliklər barədə məlumatlandırıb, onlarla fikir mübadiləsi aparıb, lazımı xəbərdarlıqlar edib. Xəbərdarlıq yalnız təşkil edilmiş iclaslarda şifahi şəkildə deyil, eləcə də mərkəzin rəsmi saytı və fb səhifəsində də yerləşdirilıb. Daha sonra ayrı-ayrılıqda bir çox topdansatış əczaçılıq müəssisəsi və dərman vasitələri istehsalçılarının rəsmi nümayəndəliklərinə göndərilib. Mərkəzin fəaliyyəti Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Tarif Şurası və digər aidiyyəti dövlət qurumları və özəl təşkilatlarla sıx əlaqəli şəkildə qurulur. Əczaçılıq sektoruna aid bütün proseslər daim Analitik Ekspertiza Mərkəzinin nəzarəti altındadır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR