Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Korrupsiyaya qarşı mübarizə aparanlar qanunla qorunacaqlar

Korrupsiyaya qarşı mübarizə aparanlar qanunla qorunacaqlar

Date: 14 October 2016 13:42

Azərbaycanda korrupsiya halları barəsində müvafiq qurumlara məlumat verən şəxslər dövlət tərəfindən qorunacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu əlavə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna təklif edilən yeni maddədə öz əksini tapıb.

Belə ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna 11-2-ci maddənin (Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi) əlavə edilməsi təklif edilir.

Bu maddəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Şəxsin konfidensiallığının pozulmasında təqsirli olanlar qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Həmin maddəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az


Tags:  Korrupsiyaya qarşı mübarizə aparanlar qanunla qorunacaqlar

RƏYLƏR


Top news