"Qəbələ"nin Avropa Liqasındakı rəqiblərindən olan "Anderlext"də ciddi itki baş verib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "bənövşəyi-ağlar" yarımmüdafiəçi Aleksandru Çipçiunun xidmətindən məhrum qalıblar.
27 yaşlı hücumameyilli futbolçu DÇ-2018-in seçmə mərhələsində Rumıniyanın heyətində Qazaxıstanla qarşılaşmada zədələnib. 0:0 hesabı ilə nəticələnən görüşdə fasilədən sonra əvəzlənən Çipçiu klubuna döndükdən sonra tibbi müayinədən keçib. Məlum olub ki, Belçika təmsilçisinin yayda heyətinə qatdığı oyunçunun zədəsi ciddidir və o, 1 ay komandadan kənar qalacaq.
Çipçiu daxili çempionatda bir neçə oyunla yanaşı, Avropa Liqasında "Maynts"la hər iki qarşılaşmanı buraxacaq. Ancaq onun "Qəbələ" ilə görüşə yetişməsi gözlənilir. Çünki "Qəbələ" - "Anderlext" matçı 40 gündən sonra, yəni noyabrın 24-də baş tutacaq.
Milli.Az