Balakən rayonunda bədbəxt hadisə baş verib.
Milli.Az DİN-ə istinadən bildirir ki, oktyabrın 12-də Balakən rayonunun Hənifə kənd sakini Elnur Şabanov kənd ərazisində işlədiyi kərpic zavodundakı hovuzda yuyunarkən yıxılaraq ölüb. Onun meyidi oktyabrın 13-də zavodun əməkdaşları tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az