Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Aparıcılıqdan uzaqlaşmışam" - Dilarə Əliyeva

"Aparıcılıqdan uzaqlaşmışam" -  Dilarə Əliyeva

Date: 14 October 2016 13:56

“Aparıcılıq marağında deyiləm, uzun müddətdə bunu düşünmürəm. Məni “Soy prodakşın" tərəfindən hazırlanan layihələr maraqlandırır. Onların arxa planında çalışıram".

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib.

Aktrisa aparıcılıqdan uzaqlaşdığını bildirib:

“Noyabrın 1-dən yeni komediya filminin çəkilişlərinə başlayırıq. “Soy prodakşın” tərəfindən çəkilir. Gələn ilin aprelində isə başqa bir komediya filmində rol alacağam. Hazırda heç bir serialda yoxam, vaxtımı filmlər alır.

Son günlər aparıcılıqdan da uzaqlaşmışam. Bu haqda heç düşünmürəm də. Çox maraqlı layihə olsa, onunla geri qayıdaram. Mənim üçün ən rahatı prodakşınımızın hazırladığı layihələri tamaşaçılara gözəl formada təqdim etməkdir”.

D.Əliyeva həyat yoldaşı Oktay Əliyevdən də danışıb:

“Hər gün Oktayla axşam saatlarında bulvarda gəzirik. Özü də asta yox, çox sürətlə 12 kilometr gəzməliyik. Bu bizim həyat tərzimizə çevrilib. 8 aydır ki, belə edirik. Havanın isti, soyuq olması bizə təsir etmir. Leysan yağış yağsa da gəzintimizə çıxacağıq".


Tags:  Aparıcılıqdan uzaqlaşmışam Dilarə Əliyeva

RƏYLƏR


Top news