Türkiyə ordusunda ağır itki – 3 şəhid, 12 yaralı

Türkiyə ordusunda ağır itki – 3 şəhid, 12 yaralı
13:58 14 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatı Türkiyədə Diyarbəkr - Mardin yolunda hərbi avtomobilin keçdiyi vaxt əl istehsalı olan partlayıcını işə salıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində 3 əsgər şəhid olub.

Terrorçuların tutulması üçün bölgədə genişmiqyaslı anti-terror əməliyyatı başlanıb.

PKK terrorçuları həmçinin Hakkari və Van vilayətlərində yol yerləşdirdikləri minaları partladıblar. Nəticədə, Hakkaridə 4, Vanda isə 2-si ağır olmaqla 8 əsgər yaralanıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR