"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklik edilib

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklik edilib
14:05 14 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30%-i qeydiyyat orqanı işçilərinin (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.  Qeyd edək ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik layihəsində 6.3-cü maddənin ləğv edilməsi təklif olunur.

Xatırladaq ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6.3 maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30%-nin qeydiyyat orqanı işçilərinin (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülür. Qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə müvafiq forma, habelə həmin hesabatın dərc olunması qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Qeyd edək ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununda dəyişiklik "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2015-ci il 20 oktyabr tarixli 1381-IVQD nömrəli qanuna uyğunlaşdırmaq məqsədi ilə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR