Qadının avtomobilinə oturan şəxs cinayət törətdi

Qadının avtomobilinə oturan şəxs cinayət törətdi
14:19 14 Oktyabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qadına qarşı soyğunçuluq edilib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki,  oktyabrın 11-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Ramilə Ramazanovanın idarə etdiyi “Chevrolet” markalı avtomobilə oturmuş naməlum şəxs, düşərkən oradan içərisində 100 manat və 100 ABŞ dolları, habelə sənəd olan pul kisəsini soyğunçuluq yolu ilə aparıb.

 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abdullayev tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR