3 ayın gəlinini öldürən ər intihar etmək istədi

3 ayın gəlinini öldürən ər intihar etmək istədi
14:22 14 Oktyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ötən gün cinayət faktı qeydə alınıb.

Milli.Az DHA-ya istinadla xəbər verir ki, Tokatda 24 yaşlı Ümit Çolak 3 ay öncə evləndiyi arvadını öldürüb, sonra da həmin silahla özünə atəş açıb. 

Qadın və Ümit Çolak dərhal xəstəxanaya çatdırılıblar. Qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qadın ərindən boşanmaq istəyib və evi tərk edib. Kişi qadının yaşadığı yerə gələrək onunla mübahisə edib. Əsəblərinə hakim ola bilməyən Ümit silahını çıxararaq xanımını öldürüb, sonra da özünə atəş açıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR