Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gömrükçülər qanunsuz kürü aşkarladılar

Gömrükçülər qanunsuz kürü aşkarladılar

Date: 14 October 2016 14:24

Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu nərə balığı kürüsünü əvvəlcədən gömrük orqanına təqdim etməyib.

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxs baqajını gömrük nəzarətindən keçirmək üçün təqdim edərkən baqajın içərisində gündəlik ərzaq məhsullarının olduğunu bildirib. Lakin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baqajın yoxlanması zamanı onun içərisindəki ərzaq məhsullarının arasından 12 ədəd plastik qabda qara rəngli kürü aşkar olunub.

 

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan məhsul insan qidası üçün istifadəyə yararlı nərə balığı kürüsüdür və ümumi çəkisi 5 kiloqram 750 qramdır.

 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

 


Tags:  Gömrükçülər qanunsuz kürü aşkarladılar


RƏYLƏR


Top news