Azərbaycan xüsusi maliyyələşmə əsasında icra olunan layihələrin investorlarını dövlət rüsumlarından azad edib

Azərbaycan xüsusi maliyyələşmə əsasında icra olunan layihələrin investorlarını dövlət rüsumlarından azad edib
14:27 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Milli Məclsin bugünki plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirə olunaraq təsdiqlənib.
"Report"un verdiyi xəbərə görə, qanunun 4-cü maddəsinə edilən əlavəyə əsasən, bu qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin bir neçə dövlət orqanı tərəfindən vahid məkanda, innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50%-i müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəasini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür, qalan hissə isə dövlət büdcəsinə ödənilir.
"Dövlət rüsumu haqqında" qanuna digər dəyişikliklə 3 maddəyə əlavə edilib ki, həmin əlavələrə əsasən, investisiya layihələrini "Tik-idarə et-təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-xususi-maliyyelesme-esasinda-icra-olunan-layihelerin-investorlarini-dovlet-rusumlarindan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR