Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha iki xidmətin əməkdaşlarına dövlət qulluqçusu statusu verildi

Daha iki xidmətin əməkdaşlarına dövlət qulluqçusu statusu verildi

Date: 14 October 2016 14:32

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, DTX və XKX-də qulluq dövlət qulluğunun xüsusi növü hesab ediləcək.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Milli.Az


Tags:  iki xidmətin əməkdaşlarına dövlət qulluqçusu statusu verildi

RƏYLƏR


Top news