Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dilarə Əliyeva: "Aparıcılıqdan uzaqlaşmışam"

Dilarə Əliyeva: "Aparıcılıqdan uzaqlaşmışam"

Date: 14 October 2016 14:42

"Aparıcılıq marağında deyiləm, uzun müddət də bunu düşünmürəm. Məni "Soy prodakşn" tərəfindən hazırlanan layihələr maraqlandırır. Onların arxa planında çalışıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib. 

Aktrisa aparıcılıqdan uzaqlaşdığını bildirib:

"Noyabrın 1-dən yeni komediya filminin çəkilişlərinə başlayırıq. "Soy prodakşn" tərəfindən çəkilir. Gələn ilin aprelində isə başqa bir komediya filmində rol alacağam. Hazırda heç bir serialda yoxam, vaxtımı filmlər alır. 

Son günlər aparıcılıqdan da uzaqlaşmışam. Bu haqda heç düşünmürəm də. Çox maraqlı layihə olsa, onunla geri qayıdaram. Mənim üçün ən rahatı prodakşnımızın hazırladığı layihələri tamaşaçılara gözəl formada təqdim etməkdir".

D.Əliyeva həyat yoldaşı Oqtay Əliyevdən də danışıb:

"Hər gün Oqtayla axşam saatlarında bulvarda gəzirik. Özü də asta yox, çox sürətlə 12 kilometr gəzməliyik. Bu bizim həyat tərzimizə çevrilib. 8 aydır ki, belə edirik. Havanın isti, soyuq olması bizə təsir etmir. Leysan yağış yağsa da gəzintimizə çıxacağıq".

Milli.Az


Tags:  Dilarə Əliyeva Aparıcılıqdan uzaqlaşmışam

RƏYLƏR


Top news