Rusiyanın Ermənistandakı səfiri: "Bakıda deyiblər?! Xəbərim yoxdur"

Rusiyanın Ermənistandakı səfiri: "Bakıda deyiblər?! Xəbərim yoxdur"
14:42 14 Oktyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın Rusiya ilə birlikdə raket istehsal etmək niyyəti barədə heç nə deyə bilmərəm".

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Volınkin İrəvanda keçirilən "ArmHiTec-2016" beynəlxalq silah və müdafiə texnologiyaları sərgisində belə deyib.

Milli.Az "Azatatyun"a istinadən bildirir ki, səfir Azərbaycanın taktiki, qanadlı və ballistik raketlərin istehsalı ilə bağlı Rusiya ilə birgə müəssisəsi yaratmaq niyyətindən xəbərsiz olduğunu vurğulayıb.

"Bu barədə məlumata malik deyiləm. Bunu Bakıda deyiblər?! Xəbərim yoxdur. Yalnız onu deyə bilərəm ki, qanadlı raket istehsalı bir istiqamətdir, "İsgəndər" raketləri başqa. Onların arasında nə əlaqə olduğunu bilmirəm. Bəlkə də Azərbaycan tərəfi nə isə bilir, amma biz bu işdən xəbərsizik", - İ.Volınkin söyləyib.

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun "Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında çözülməsinin tərəfdarıdır" bəyanatı ilə bağlı erməni jurnalistlərin suallarını cavablandıran İ.Volınkin bu bəyanatdan xəbərsiz olduğunu deyib.

"Yalnız onu söyləyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsi sadəcə, ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlana bilər. Minsk Qrupundan savayı heç bir təşkilat və ya dövlət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müdaxilə edə bilməz. Mən biləni, ayın sonunda Minsk Qrupundakı həmsədr ölkələrin nümayəndələri Dağlıq Qarabağa, İrəvana və Bakıya səfər edəcəklər. Görək nə olur", - Rusiyanın Ermənistandakı səfiri İ.Volınkin söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR