Bakı-Dubay-Bakı reysində AZAL-ın yeni aksiyası

Bakı-Dubay-Bakı reysində AZAL-ın yeni aksiyası
14:52 14 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakıdan Dubaya və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya elan edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 1 dekabr 2016-cı ilədək Bakı-Dubay-Bakı reyslərinə aviabiletlərin dəyəri cəmi 188 avro təşkil edəcək. Qiymətə bütün vergi və yığımlar daxildir.

Aviabiletlərin dəyərinə, həmçinin baqajın havayı daşınması (23 kq-dək), isti və soyuq qidaların bütün çeşidləri daxildir.

Qeyd edək ki, AZAL-ın Bakıdan Dubaya aviareysləri gündə iki dəfə komfortlu laynerlərdə həyata keçirilir.

Biletləri AZAL-ın kassalarında almaq və şirkətin www.azal.az saytında bron etməklə əldə etmək olar. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür. Proqram barəsində informasiyanı https://www.azal.az/az/azal-miles/miles-programme istinadı üzrə əldə etmək olar.

Hələ də proqramın iştirakçısı olmayanlar üçün http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az istinadı üzrə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlətin əldə edilməsi məsələləri üzrə və ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrəsinə müraciət etmək lazımdır:

(+99412) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR