Azərbaycanın məşhur məktəbində hicab qalmaqalı: Başlarını açsınlar, yoxsa… - FOTO

Azərbaycanın məşhur məktəbində hicab qalmaqalı: Başlarını açsınlar, yoxsa… - FOTO
14:57 14 Oktyabr 2016
1327 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadının çadra örtməsi vacibdirmi? Yoxsa hicab kifayətdir? (14 Mart 2017 22:42)
İsveçrəli nazir İranda hicab taxdı - Birmənalı qarşılanmadı - FOTO (15 Fevral 2017 00:18)
Hicab taxan nazir sərt tənqid olundu - FOTO (14 Fevral 2017 23:32)

Xəzər Universitetinin "Dünya Məktəbi"ndə iki şagird hicab bağladığı üçün bu gündən dərslərə buraxılmayıb.

Milli.Az bildirir ki, bu barədə a24.az-ın redaksiyasına həmin şagirdlərin valideynləri Sənan Təhməzov və Valid Nadirov məlumat veriblər. Bildiriblər ki, onların övladları Ayşə Nadirova və Əsmər Ümidzadə qeyd edilən məktəbin şagirdləridir və qızların geyimləri məktəbin vahid məktəbli geyim formasını pozmur:

"Onlar məktəbin qoyduğu qaydağa uyğun olaraq bütün geyim tələblərinə riayət edirlər. Sadəcə başlarına hicab bağlayırlar ki, bu da, onların seçimi, dini inanclarıdır. Biz onların bu seçiminin qarşısını ala bilmərik. Artıq onlar özləri bu seçimi edə biləcək yaşdadırlar. Belə demək olarsa, onlar artıq "Quran"ın qaydalarına riayət edəcək yaşdadırlar. Biz tərəfdən onlara nə bir dəvət, nə də bir məcburiyyət tətbiq edilib".

Valideynlər onu da bildiriblər ki, məsələ ilə bağlı təhsil müəsisəsinin rəhbərliyinə müraciət etsələr də, yox cavabı alıblar:

"Biz, əvvəlcədən məktəbin rəhbəri Maarifə xanıma, direktorun tərbiyə işləri üzrə müavini Çiçək Qaracayevaya məsələ barədə məlumat vermişik. Onlar bizə bildirdilər ki, məktəbin sahibi Nailə xanım buna icazə vermir. Biz isə, qanunvericilikdə hicaba heç bir qadağa olmadığını bildirdik. Ölkə başçısı Rusiya kanallarından birinə verdiyi müsahibəsində də, Azərbaycanda hicaba heç bir qadağa olmadığı bildirib. Biz bunların hamısını onlara bildirmişik. Konsitutisiyada da buna heç bir qadağa yoxdur. Məsələ ilə bağlı Təhsil Nazirliyinin "qaynar xətti"nə və qəbul şöbəsinə də müraciətimiz olub. Nazirliyin əməkdaşı Səidə xanım bizdən hicabın "məktəbin geyim formasını pozub-pozmadığını" soruşdu. Biz isə geyim qaydasının pozulmadığını bildirdik. Dedi ki, əgər şagirdlər əba geyinmir, məktəbin vahid məktəbli formasını geyinirlərsə, sadəcə başlarını örtürlərsə, burada heç bir problem yoxdur. Ancaq məktəbdən bizə şagirdlərin dərsə buraxılmayacaqlarını deyirlər".

Şikayətçilər onu da əlavə etdilər ki, "Dünya Məktəbi"ndən qızların məktəbə hicabla gələ biləcəklərini, lakin təhsil ocağında həmin baş geymini çıxarmalı olduqlarını bildiriblər. Biz isə, buna qarşı çıxdıq, onlardan şagirdləri hicaba görə dərsə buraxmamaları ilə bağlı rəsmi sənəd tələb etdik. Bizə bir müddət cavab verilmədi. Lakin ötən gün qadağa ilə bağlı üzərində heç bir imza olmayan bir məktub göndərilib. Bizim uşaqlarımız təhsil almaq hüququndan niyə məhrum edilməlidirlər ki? Xəzər Universitetinin və hətta "Dünya Məktəbi"nin özündə başı bağlı müəllimlər də var, tələbələr də. Məktəbin sahibi sadəcə şagirdlərə icazə vermir. Onlar bizə onu da bildirdilər ki, şagirdləri məktəbdən çıxarın, ödənilmiş təhsil haqqının keçilməyəcək dərsə görə olan hissəsini sizə qaytararıq!. Bizə özəl məktəb olduqlarını, bunun daxili qanunlar çərçivəsində qadağan edildiyini bildirirlər".

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən hüquqşünas Tahir Əlirzayev bildirdi ki, Azərbaycanda "təhsil haqqında qanun"da şagirdin hicabla,  yaxud hicabsız dərsə gəlməsi ilə bağlı heç bir norma yoxdur. Onun sözlərinə görə, ola bilər ki bu, həmin təhsil müəsisəsinin daxili nizamnaməsində öz əksini tapıb:

"Əgər həmin nizamnamə təsdiq edilibsə, ola bilər ki, bu müddəa həmin nizamnamədə öz əksini tapıb. Ancaq bu hal həmin təhsil müəsisəsinin şagirdin valideyni ilə bağladığı "valideynin hüquqi öhdəlik və vəzifələri" müqaviləsində öz əksini tapmayıbsa, həmin müəsisənin belə bir qadağa qoyması qanunsuzdur, özbaşınalıqdır. Müqavilədə "şagirdin məktəbə hicabda gəlməsi qadağan edilsin!" müddəası yoxdursa, bu həmin şagirdlərə qarşı edilmiş bir qanunsuzluqdur. Mən inanmıram ki, belə bir hal hansısa nizamnamədə öz əksini tapa bilər. Bu hal, insan hüquqlarının pozulması kimi də qiymətləndirilə bilər. Nizamnaməni qeydiyyata alan orqan inanmıram ki, həmin nizamnaməni belə bir vəziyyətdə təsdiqləsin. Ölkəmizdə din və vicdan azadlığı var. Bu, konsitutsiya ilə tənzimlənir. Bunu heç kim məhdudlaşdıra bilməz".

Direktorun tərbiyə işləri üzrə müavini Çiçək Qaracayeva isə redaksiyamıza açıqlamasında bunun məktəbin daxili qərarı olduğunu bildirdi.

"Bu məktəbin pedaqoji şurasının verdiyi bir qərardır. Biz hicab məsələsi ilə bağlı Təhsil Nazirliyinə müraciət etmişdik. Bildirdilər ki, məktəbin daxili şurasının belə bir qərarı ola bilər. Biz qərar vermişik ki, bütün şagirdlər eyni formada məktəbə gəlməlidirlər. Bu, təhsil haqqında qanunda da öz əksini tapıb. Biz burada qanundan kənara çıxan bir şey etmirik və bütün şagirdlərin eyni formada məktəbə gəlməsini istəyirik. Bununla şagirdin təhsil almaq hüququnu qətiyyən məhdudlaşdırmırıq. Qanunda şagirdin heç hicabla orta məktəbə gəlməsi barədə müddəa da yoxdur axı. Əgər elədirsə, qanunvericilikdə şagirdin məktəbə hicabla gələ biləcəyi yazılsın! Həmin vaxt bizim qadağa qoymaq hüququmuz olmaz".

Mövzu ilə bağlı şagirdlərin valideynlərinin müraciət etdiyi Təhsil Nazirliyinin mətbuat xidmətindən isə A24.Az-a bildirdilər ki, məsələ araşdırılacaq. Yalnız bundan sonra hər hansı bir açıqlama vermək olar.

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da partlayış nəticəsində 1 nəfər ölüb

27 May 2017 04:22

Liviyada silahlılar Qəddafiyə bağlı məmurların saxlandığı türməni ələ keçirib

27 May 2017 04:02

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI

27 May 2017 03:48

Almaniyada maşın metro stansiyasına girib:

27 May 2017 03:34

G7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzalayıblar

27 May 2017 03:32

Ağcabədidə "Daewoo" yanıb

27 May 2017 03:22

Parisdə terror həyəcanı

27 May 2017 02:48

Mariya Zaxarova: “Bakı məni heyran etdi”

27 May 2017 02:42

Qriqori Karasin: “Azərbaycan və Rusiya prezidentləri iyunun 8-9-da Astanada görüşəcəklər"

27 May 2017 02:37

Meksikada başı kəsilmiş beş meyit tapılıb

27 May 2017 02:29

"Mançester Yunayted" futbolçusu ilə müqavilə yenilədi

27 May 2017 02:28

Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb

27 May 2017 02:07

İsveçdə partlayış baş verib

27 May 2017 01:53

Çində bayker yanacaqdoldurma məntəqəsində motosikletini yandırıb

27 May 2017 01:42

"İyunda Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənilir”

27 May 2017 01:33

Tovuzda dəhşətli sürpriz:

27 May 2017 01:31

Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri Londonda təntənəli şəkildə qeyd olunub

27 May 2017 01:29

İsveçin Malmö şəhərində partlayış baş verib

27 May 2017 01:22

Görünməmiş QƏZA: Maşın metroya girdi - FOTO

27 May 2017 01:18

Misir HHQ terrorçuların Liviya ərazisindəki mövqelərinə hava zərbələri endirib

27 May 2017 01:08

FHN-in mərkəzlərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilib

27 May 2017 01:07

Berlində maşın metroya girib, 6 nəfər xəsarət alıb

27 May 2017 01:02

Mançester terroru ilə bağlı daha bir şübhəli saxlanıldı

27 May 2017 00:58

Mançesterdə terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb

27 May 2017 00:36

Azərbaycan nefti ucuzlaşıb

27 May 2017 00:36

Ramazan ayı başladı

27 May 2017 00:23

Astroloji proqnoz - 27 may

27 May 2017 00:08

"Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzaladı

27 May 2017 00:05

Günün qoroskopu: irəliləyin!

27 May 2017 00:05

Ramazan ayı başlayıb

27 May 2017 00:02

Ramazan ayı başladı

27 May 2017 00:01

Dünya nəqliyyatı "pik saatda" - FOTO

26 May 2017 23:57

Azərbaycan XİN Misirdə baş verən terror aktını pisləyib

26 May 2017 23:53

Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə - FOTO

26 May 2017 23:52

Azərbaycanın işgüzar qadınları Yaponiyada qlobal sammitdə çıxış etdi - FOTOLAR

26 May 2017 23:48

Bu paltarları illər əvvəl anaları geyinmişdi - FOTO

26 May 2017 23:47

Gözəl Bayramlı haqqında həbs qətimkan tədbiri seçilib

26 May 2017 23:42

Ermənistan parlamentinin spikeri öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib

26 May 2017 23:36

Avroliqanın rəmzi yığmasına düşən hücumçu "Şalke"nin hədəfində

26 May 2017 23:32

17 yaşlı intihara cəhd edib

26 May 2017 23:32

Sağlamlığı möhkəmləndirmək üçün yalnız 2 DƏQİQƏ lazımdır

26 May 2017 23:27

Parisin mərkəzində partlayış təhlükəsi elan olunub

26 May 2017 23:27

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq

26 May 2017 23:26

Mingəçevirdə zəncirvari yol qəzası baş verib

26 May 2017 23:22

"Real" azarkeşlərinə final öncəsi xoş xəbər

26 May 2017 23:22

Üzünüzdə təbəssüm yaradacaq FOTOLAR

26 May 2017 23:17

2017-ci ilin ən qənaətcil avtomobilləri - FOTO

26 May 2017 23:12

Bakı sakinləri Ramazan ayında toy edirmi?

26 May 2017 23:08

Sizdə ZOB XƏSTƏLİYİ inkişaf edə bilərmi?

26 May 2017 23:05

Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

26 May 2017 23:05