Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qazaxıstan prezidenti işə çıxıb

Qazaxıstan prezidenti işə çıxıb

Qazaxıstan prezidenti Azərbaycana səfər edəcək (07 Mart 2017 17:28)
Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü (01 Mart 2017 11:40)

Tarix: 14 Oktyabr 2016 15:17

Bakı. 14 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstəliyi ilə əlaqədar aldığı müalicəni başa vuraraq işinin başına qayıdıb.
"Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir ki, N.Nazarbayev cümə günü respublikanın baş prokuroru Jakip Asanovu qəbul edib.
Baş prokuror prezidentə hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə məlumat verib, eləcə də "100 konkret addım" millət planının həyata keçirilməsi çərçivəsində verilən tapşırıqların icrası barədə məruzə edib.
Qazaxıstan prezidenti qanunun aliliyinin təmin edilməsi, eləcə də əhalinin hüquqi savadının artırılması üzrə səylərin davam etdirilməsinin lazım olduğunu vurğulayıb.
Görüşün yekununda dövlət başçısı bir neçə konkret tapşırıqlar verib.

Teqlər:  Qazaxıstan prezidenti işə çıxıb



RƏYLƏR


Top xəbərlər