Azərbaycan tanklarına qarşı erməni Siranuş - FOTO

Azərbaycan tanklarına qarşı erməni Siranuş - FOTO
15:22 14 Oktyabr 2016
137 Dünya
Ölkə mətbuatı
A- A+

İrəvanda "ArmHiTec-2016" beynəlxalq silah və hərbi texnologiylar sərgisi açılıb.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan və MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın təntənəli açılış mərasiminə qatıldıqları sərgini rəsmi İrəvan "Bakıya gözdağı" qismində tədbir təki düşünsə də, niyyət alınmayıb.

Daha doğrusu, sərgini "Ermənistanın hərbi-sənaye kompleksinin inkişafının və güclü potensialının nümayişi" kimi qələmə vermək cəhdləri iflas olub.

9 ölkədən 51 şirkətin qatıldığı sərgidə silah və hərbi texnikanın bütün spektrinin təmsil olunduğu, xüsusilə də ön plana İTT-texnologiyalar və yüksəkdəqiqlikli silahların çıxarıldığı vurğulansa da, Ermənistanın dövlət və özəl şirkətlərinin nə "beyin", nə də "əzələ" nümayişi alınmayıb.

Çünki Ermənistanın sərgidə nümayiş etdirdiyi silah, hərbi texnika və İT-texnologiyaların istisnasız olaraq hamısı Rusiyanın hərbi-sənaye kompleksinin məhsullarının "innovativ" variantları idi.

Bu "innovasiya" və "modernizasiya"lar daha çox mutasiya təsiri bağışlayırdı.

Məsələn, Rusiya istehsalı olan snayper tüfənglərini cüzi dəyişikliklərə uğradaraq "Ermənistan istehsalı olan ən müasir" ASR300 və AS300 tüfəngləri kimi təqdim edən "Aspar Arms" şirkəti sosial şəbəkələrdə ələ salınıb.

Ermənilər bu şirkəti "Çinlilərin "kopya" çıxarmaq bacarıqlarının Ermənistandakı bacarıqsız təzahürü" adlandırıblar.

Rusiyanın İvanovo şəhərindəki paraşüt zavodunun istehsalı olan hərbi paraşütlərin İrəvandakı MİARS şirkəti tərəfindən "modernizasiya" olunması isə lağlağı səbəbinə çevrilib. Çünki MİARS Rusiyadan aldığı paraşütlərin üzərinə kamuflyaj məqsədilə ləkələr çəkib, üstəlik Ermənistanın gerbinin və Dağlıq Qarabağdakı "Qoca baba və nənə" abidəsinin rəsmlərini də əlavə edib.

Ermənistan və Polşanın birgə müəssisəsi kimi qələmə verilən "Lyubava-Armeniya" şirkətinin sərgidə nümayiş etdirdiyi gülləkeçirməyən jiletlərin keyfiyyətinin deyilənlərə rəğmən, çox aşağı olduğu vurğulanıb.

Lakin Ermənistanda medianı və sosial şəbəkə istifadəçilərini ən çox qıcıqlandıran məqam isə "ArmHiTec-2016" sərgisinin təntənəli açılış mərasimindəki dəfilə, sonra da sərgi əsnasında şirkətlərin stendlərinin önündə "model" sayılan qısa ətəkli, dekolteli qızların durması olub.

"Anlamaq olmur: hərbi sərgidir, yoxsa hansısa moda şousu?!" - "Haykakan Jamanak" yazmışdı.

Tənqiddən sonra stendlərin önündəki qızlara "hərbi görkəm" verilib, onlara kamuflyaj parçadan tikilmiş paltarlar geyindirilib. Di gəl, nəticə gülünc idi.

Belə ki, həmin qızlar yenə silah və hərbi texnikanı yox, vücudlarını nümayiş etdirməyə çalışırdılar.

"Silah və hərbi texnika sərgisi keçiririk guya. Azərbaycan tanklarına qarşı erməni Siranuş", - Facebook-da ermənilər yazıblar.

Mütəxəssislər isə bildirirlər ki, Bakıda keçirilmiş "ADEX 2016" 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində 150 şirkət təmsil olunmuşdu ki, onların arasında "Aselsan", "CETC", "Damen", "MBDA", "Norinco", "IAI", "Roketsan", "Rosoboronexport", "Thales" və s. vardı. Üstəlik, ADEX 2016-da Azərbaycan yalnız atıcı silahlar yox, ən geniş spektrdə yerli istehsal olan silahları və hərbi texnikanı nümayiş etdirdi.

İrəvandakı sərgidə isə stendlərdə gümüş və qızılla inkrustasiya olunmuş soyuq silahlar, bəzəkli tapançalar ön plandadır...

Orxan Hun
Milli.Az











































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR