Gündüz İsmayılov: "Azərbaycan məscidlərində yarım milyon insanın eyni vaxtda ibadət etməsi üçün şərait var"

Gündüz İsmayılov: "Azərbaycan məscidlərində yarım milyon insanın eyni vaxtda ibadət etməsi üçün şərait var"
15:27 14 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ermənistanın təcavüzkarlıq siayasətinin beynəlxalq aləmdə ifşa edilməsi, eyni zamanda bu siyasətin nəticəsində dağıntıya məruz qalmış tarixi dini abidələrlə bağlı mütəmadi olaraq broşürlər hazırlayıb və onları müxtəlif xarici ölkələrdə yayıb".
“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dövlət-din münasibətləri - 25 il” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Dövlət Komitəsi işğal olunmuş ərazilərdəki məscidlər, Alban kilsələri ilə bağlı fotosərgilər təşkil edib: “Tarixi dini abidələrlə bağlı fotosərgilər Azərbaycanda, eyni zamanda BMT-nin mənzil-qərargahında, Brüsseldə, Moskvada, Təbrizdə işğal olunmuş ərazilərdə qalan abidələrin fotolarından ibarət sərgilər təşkil etmişik. Bununla bağlı ayrıca kitab da nəşr olunub. Kitabın rus, ingilis və fars dillərində çap edilməsi nəzərdə tutulur”.
G.İsmayılov deyib ki, Azərbaycanda 2 166 məscid: "Onlardan 1 500-ü gündəlik fəaliyyət göstərir: "Məscidlərin 692-nin dini icması dövlət qeydiyyatına alınıb. Azərbaycan məscidlərində yarım milyon insanın eyni vaxtda ibadət etməsi üçün şərait var. Sovetlər dövründə cəmi 17 məscid var idi”.  

Xəbərin orijinal ünvanı: http://report.az/din/azerbaycan-mescidlerinde-yarim-milyon-insanin-eyni-vaxtda-ibadet-etmesi-ucun-serait-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR