Narkoşəbəkə yaratmaqda ittiham edilən Belarus vətəndaşı Azərbaycandan ekstradisiya edilib

Narkoşəbəkə yaratmaqda ittiham edilən Belarus vətəndaşı Azərbaycandan ekstradisiya edilib
15:32 14 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Narkoşəbəkə yaratmaqda ittiham edilən Belarus vətəndaşı Bakıdan Minskə ekstradisiya edilib.
"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, adı açıqlanmayan cinayətkarı 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hüquq-mühafizə orqanları əməkdaşlarının versiyasına görə, psixotrop maddələr iki internet-mağaza vasitəsilə satılıb. Əvvəllər artıq narkotik alverinə görə məhkum həyatı yaşayan 30 yaşlı Belarus vətəndaşı gizlilik prinsipləri əsasında mütəşəkkil dəstəyə rəhbərlik edib.
O, Azərbaycan və Belarus hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti sayəsində Azərbaycanda saxlanılıb.
Qeyd edək ki, mütəşəkkil qrupun artıq 20-dən çox üzvü psixotrop maddələrin satışı üzrə törətdikləri cinayətlərə görə məhkum edilib. Amma iş ilə bağlı şübhəlilərin sayının çox olması nəticəsində axtarışlar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/narkosebeke-yaratmaqda-ittiham-edilen-belarus-vetendasi-azerbaycandan-ekstradisiya-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR