Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şimali Amerika və Asiyanı yüksəksürətli kabel xətti birləşdirəcək

Şimali Amerika və Asiyanı yüksəksürətli kabel xətti birləşdirəcək

Date: 14 October 2016 15:35

“Google” və “Facebook” şirkətləri yeni layihənin həyata keçirilməsi üçün səylərini birləşdirərək Los-Anceles və Honkonq arasında uzunluğu təxminən 13 min km təşkil edəcək optik-lif kabel xətti çəkmək niyyətindədirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, layihənin həyata keçirilməsində İT nəhənglərinə “Pacific Light Data Communication” şirkəti yardımçı olacaq. Şirkətlərin 400 milyon dollar vəsait sərf edəcəyi dünyanın ən uzun kabellərindən birinin çəkilişinin 2018-ci ilədək başa çatdırılması nəzərdə tutulur.

Məlumata görə, kabelə beş cüt optik-lif daxil ediləcək. Cütlərdən hər biri məlumatları 24 Tbit/saniyə sürətində ötürərək kabelin maksimal buraxılış qabiliyyətini 120 Tbit/saniyəyə çatdıracaq.

Qeyd edək ki, bu, “Google” şirkətinin həyata keçirdiyi ilk belə layihə deyil. Hazırda şirkət okeanın dibindən çəkilən 6 oxşar kabel xəttinə sahibdir.

Nizam Nuriyev 



Tags:  Şimali Amerika Asiyanı yüksəksürətli kabel xətti birləşdirəcək


RƏYLƏR


Top news