Sabah Bakıda bal yarmarkası başlayır

Sabah Bakıda bal yarmarkası başlayır
15:41 14 Oktyabr 2016
261 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 15-də Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimi keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Axşam.az-a daxil olan məlumata görə, yarmarka saat 10:30-da “Amay” Ticarət Mərkəzində (Bakı şəhəri, Nobel prospekti,23 ) ünvanında işə başlayacaq.

Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii bal və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.

Qeyd edək ki, Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası ənənəvi olaraq hər il keçirilir.  Sərgi-satış yarmarkası noyabrın 15-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR