Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Millət vəkili televiziyalardakı reklamları tənqid etdi

Millət vəkili televiziyalardakı reklamları tənqid etdi

HDP-çi deputata 10 il iş istədilər (23 Mart 2017 17:57)
Millət vəkili etiraz etmək üçün divara dırmaşdı (04 Mart 2017 14:41)
Millət vəkili canlı efirdə ölüm təhdidi aldı (22 Fevral 2017 18:23)

Tarix: 14 Oktyabr 2016 15:46

Milli Məclisin bu gün keçirilən iclasında deputat Gövhər Baxşəliyeva dərmanların televiziyalarda reklamı ilə bağlı narahatlğını ifadə edib.

Axşam.az-ın Trend-ə istinadən məlumatıan görə, G.Baxşəliyeva bildirib ki, insanlar həkimə getmədən televiziyalarda reklam edilən dərmanlardan istifadə edirlər:
 
“İnsanlar ağrıyanda reklam olunan ağrıkəsici dərmanlardan alıb atırlar. Ancaq ağrı hansısa xəstəliklərin işarəsi ola bilər. İnsanlar reklam olunan dərmanlardan istifadə etməklə vaxt itirirlər və xəstəliklərinin müalicəsini çətinləşdirirlər”.

Deputat bildirib ki, həkim zəmanəti və göstərişi olmadan dərmanların qəbul edilməsi düzgün deyil, insanların daha ağır xəstəliklərə düçar olmasına gətirib çıxarır. O bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.


Teqlər:  Millət vəkili televiziyalardakı reklamları tənqid etdi



RƏYLƏR


Top xəbərlər