Qazax rayonunda 82 yaşlı qadının Vidadi Göşşüyev adına
Çaylı kənd 1 saylı tam orta məktəbinin tarix müəllimi Dusiya
Məmmədova tərəfindən döyülməsi ətrafında qalmaqal
böyüyür.
Belə ki, xəbər yayılandan sonra rayon təhsil şöbəsi və məktəblə
əlaqə saxlamağa çalışırıq. Ötən gün Təhsil şöbəsi və məktəbdən
verilmiş açıqlamada hadisənin mətbuatda yazılan kimi olmadığını
dedilər .
Bu xəbərdən sonra döyülən qadının yaxınları saytımızla əlaqə
saxlayıb, məktəb və təhsil şöbəsinin hadisə ilə bağlı doğru məlumat
vermədiklərini bildirib. Yaşlı qadının Aydan adlı nəvəsi deyir
ki,hadisə barədə onlara qonşular zəng edib məlumat verib.
“Biz Bakıda yaşayırıq, hadisə barədə bizə qonşuluqdakı bir oğlan
zəng edib danışdı. O, yolla gedərkən təsadüfən hadisənin şahidi
olub.. Nənəm zibili küçəyə qoyanda Dusiya Məmmədova zibili təpiklə
dağıdıb. Nənəm də deyib ki, niyə edirsən. Əyilib ki, zibili yığsın,
o da zibili nənəmin başına töküb. Nənəm də onu vurmaq istəyəndə
nənəmin saçından tutub yerə yıxıb, şillələyib.
Dusiya Məmmədova evə gedəndən sonra üzünü cırıb. Sonra da çölə
çıxıb hamıya deyib ki, guya mənim nənəm onun üzü cırıb. Qonşulara
deyib ki, “mən onu döyə bilməzdimmi? Elə döyərdim, hətta qatlayıb
ayağımın altına alardım. Sadəcə belimdə uşaq var idi, qorxdum
yıxılar”. Təsəvür edin ki, belində uşaq olmasa nənəmi parçalayarmış
yəqin. Halbuki, nənəmin boyu 150 sm-dir, arıq, çəlimsiz qadındır.
Dusiya isə hündürboy qadındır, nənəmin onun üzünü cırmağa heç halı
olub ki?
Hadisədən sonra Dusiya Məmmədovanın çalışdığı Vidadi Göşşüyev
adına Çaylı kənd 1 saylı tam orta məktəbin direktoru Çəməngül
İsmayılova ilə danışdıq. Direktor məsələdən xəbərdar olanda dedi
ki, Dusiya müəllimə qələt edib qoca arvada əl qaldırıb, deyərəm
gedib indi üzr istəyər. Direktor müəllimədən nənəmdən üzr istəməsi
ilə bağlı iki dəfə xahiş edib. Lakin müəllimə direktorun da
xahişini yerə salıb. D.Məmmədovanın həyat yoldaşı Vaqif Piravdiyev
isə deyir ki, “haqq edib döyüb””.
Aydanın sözlərinə görə, saytda xəbərdən sonra Qazax rayon təhsil
şöbəsi ilə əlaqə saxlayıblar:
“Şöbədən özünü katibə kimi təqdim edən qadın bildiridi ki, ola
bilər Dusiya xanım qadını döymədiyi barədə yalandan deyib. Bizdə
hadisənin videosu var. Müəyyən səbəblər üzündən o videonu üzə
çıxarmırıq. Polisə də həmin ailə ilə illərdir qonşu olmağımız
səbəbindən müraciət etməmişik. Sadəcə müəllimədən nənəmdən üzr
istəməsini tələb edirik”.
Gülxar
Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172180.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)