Azərbaycanlı yeniyetmə 1 dəqiqəyə 25 min söz oxuyur

Azərbaycanlı yeniyetmə 1 dəqiqəyə 25 min söz oxuyur
16:22 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanlı yeniyetmə qız 1 dəqiqəyə ortalama 25 mindən çox söz oxuya bilir. Bakıda fəaliyyət göstərən tədris mərkəzlərindən birində sürətli oxuma ilə bağlı hazırlıq keçən 8-ci sinif şagirdi Fatimə Zülfüqarlı dünya rekordunu yeniləyə bilər. 
F.Zülfüqarlı "Report”a açıqlamasında bu fikrə Türkiyədə yayımlanan verilişlərdən birində 12 yaşlı Tarık Yiğitin 1 dəqiqə ərzində 11 725 söz oxumasını gördükdən sonra düşdüyünü bildirib: “Düşündüm ki, mən də öz üzərimdə çalışsam, rekord əldə edə bilərəm və onun rekordunu yeniləmək üçün qarşıma məqsəd qoydum. Bunun üçün çalışdım və istəyimə nail oldum. Bu istəyimə əsas anam dəstək olurdu. Atam və qardaşım isə buna inanmırdı. Lakin sonradan onlar da inandı”.
O, hazırlığa gəlməmişdən qabaq evdə məşq etdiyini, lakin çox kitab oxumağın onda göz ağrılarına səbəb olduğunu deyib: “Ancaq burda müəllimin sürətlə oxumağın taktikalarını öyrətdi. Sürətli oxumaq məktəbdə də köməyinə çatır. Bəzən yeni dərsin keçilməsindən xəbərim olmayanda həmin tapşırığı dərhal açıb oxuyuram və lövhəyə çıxanda yaxşı cavab verirəm. Sinif yoldaşlarım əvvəllər inanmırdılar. Ancaq sonra kitab verdilər və saniyə tutdular. 1 dəqiqə ərzində oxuduğum sözlərin sayını hesabladılar və sonra həmin kitabdakıları danışmağımı istədilər. Mən danışdıqdan sonra həqiqətən də oxuduğuma inandılar”.
F.Zülfüqarlı qeyd edib ki, gələcəkdə hansı peşəni seçəcəyi barədə hələlik qərarsızdır: “Əvvəl hüquqşünas, sonra kompüter mühəndisi, indi isə neft sahəsi üzrə çalışmaq istəyirəm. Seçimimi etmək üçün hələ zamanım var”.
Biz onunla görüşümüzdə deyilənlərin şahidi olmaq üçün oxumadığı kitablardan birini seçərək oxumasını istədik. Fatimə 1 dəqiqədə 34 səhifə oxuyaraq sonradan hekayəni bizə nəql etdi.  
Müəllimi Cəmilə Quliyeva isə "Report"a sürətli oxu proqramının Azərbaycanda icra edilməsinin tarixinin 4 illik olduğunu söyləyib: "Bu proqramın başlama və bitmə müddəti 3 ayı əhatə edir. Xüsusi göz məşqləri və texnika ilə olan proqramdır. Yay tətilindən bəri Fatimə ilə məşğul oluruq. Proqrama ilk başlayanda 1 dəqiqəyə 56 söz oxuya bilirdi və 15-20 faiz anlama var idi. Özünün oxumağa olan həvəsi bu işi daha da sürətləndirirdi. Birinci gün olmasına baxmayaraq, oxuma sürətini 56 sözdən 247 sözə qədər artırmışdı. Bir həftənin sonunda bu rəqəm 1 500-ə yaxın idi. İndi isə oxuma sürəti mətnin şriftinə və həcminə görə dəyişir. 1 dəqiqədə 25 min ortalama götürmüşdük, ancaq 48 minə qədər artım etdiyi olub. Fatimənin görmə qabiliyyəti də zəif idi. Bu proqramda olan göz məşqləri texnikaları görmə qabiliyyətini gücləndirir".
Onun sözlərinə görə, uşaq sürətli oxu proqramına cəlb edilməsi üçün ən azı 7 yaşına çatmış olmalıdır: "Sürət zəif olsa da, ən azı heç olmasa sərbəst şəkildə oxumağı bacarmalıdır. Biz sadəcə oxuya bilən uşaqların sürətini artırırıq. Heç bir yaddaşsızlıq problemi yaratmır. Bu, həm də əzbərçilik deyil. Çünki 1 dəqiqədə 48 min söz oxunursa, bu nə dərəcədə əzbərçilik yarada bilər. Son iki ildə 15-20 tələbəm olub. Minimum göstərici 25 sözdən 350-400 sözə qədər olub. Proqrama başlayanda sürətin 3 dəfə artacağına zəmanət veririk. Ancaq 3 dəfə yox 10 dəfə artım olur”.
Tədris mərkəzinin direktoru Əfsanə Fərəcullayeva vurğulayıb ki, mərkəzdə əvvəllər sürətli hesablama proqramı icra olunurdu: “4 yaşdan 14 yaşına qədər uşaqlar sərbəst şəkildə kalkulyatordan istifadə etmədən 3-4 rəqəmli ədədləri bir-birinə vura bilir. Daha çox riyaziyyat üzrə müraciətlər olur. Daha sonra sürətli oxu proqramına başlanıldı. Sürətli oxu üzrə şagirdlərin sayı az olsa da nəticə yaxşıdır”.
Qeyd edək ki, sürətli oxuma üzrə ilkin rekordu amerikalı gənc vurub. O, 1 dəqiqəyə 6 000 söz oxuya bilib. Amma ötən il həmin gəncin rekordunu Türkiyə vətəndaşı olan 12 yaşlı Tarık Yiğit təkrarlayıb və hətta yeni rekorda imza atıb. 




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Okean sahilində kafe - FOTO

25 May 2017 05:32

Braziliyada iğtişaşlar: azı 49 yaralı

25 May 2017 05:15

Rusiyada bankomatlar müştəriləri üzdən tanıyacaq

25 May 2017 05:02

Tez-tez xəstələnməyin, halsızlığın səbəbi… - VİDEO

25 May 2017 04:58

ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli əraziyə yaxınlaşıb

25 May 2017 04:47

İki mərtəbəli mənzil - FOTO

25 May 2017 04:32

Braziliya prezidenti orduya ölkədə asayişi bərpa etmək əmri verib

25 May 2017 04:27

Mourinyo 3-cü, “Mançester Yunayted” 5-ci oldu

25 May 2017 04:24

Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur

25 May 2017 04:03

ŞOK İDDİA!

25 May 2017 03:39

Bakıda sərxoş kişi özünü bıçaqlayaraq intihara cəhd edib

25 May 2017 03:32

Litva səciyyəli minimalizm - FOTO

25 May 2017 03:32

ABŞ-da naməlum şəxs üç nəfəri yaralayıb

25 May 2017 03:29

Tərtərə palçıqlı yağış yağdı

25 May 2017 03:19

Tovuzda zəhərlənmə: 25 yaşlı gənc spirtli içkidən komaya düşdü

25 May 2017 03:08

Türkiyədə Nuhun gəmisi tapıldı

25 May 2017 02:59

Hizer jurnala bəzək oldu - FOTO

25 May 2017 02:32

Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər

25 May 2017 02:27

"Barselona"nın futbolçusu "İnter"ə keçir

25 May 2017 02:23

Ağıllı KİŞİLƏR, yoxsa QADINLAR daha çox xəyanət edir? - ARAŞDIRMA

25 May 2017 02:18

Xaricdə təhsil alanlara ŞAD XƏBƏR:

25 May 2017 01:52

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb (FOTO)

25 May 2017 01:50

Etirazçılar iki nazirliyin binasına od vurdu

25 May 2017 01:34

Ənənəvi memarlığa çağdaş yanaşma - FOTO

25 May 2017 01:32

Mançester terrorçusunun atası saxlanıldı

25 May 2017 01:27

Avropa Liqasında FİNAL GECƏSİ FOTOLARDA

25 May 2017 01:23

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

25 May 2017 01:22

Məşhur teleaparıcı bu şəkillərə görə LAĞA QOYULDU - FOTOLAR

25 May 2017 01:03

"Mançester Yunayted" Avropa Liqasının qalibi oldu

25 May 2017 00:55

"Mançester Yunayted" qalib gəldi

25 May 2017 00:50

"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub

25 May 2017 00:42

ABŞ dövlət katibinin birinci müavini bəlli oldu

25 May 2017 00:39

Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR

25 May 2017 00:33

Güzəştli mənzilləri elektron qaydada necə əldə etmək olar? -

25 May 2017 00:31

Astroloji proqnoz - 25 may

25 May 2017 00:23

Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

25 May 2017 00:22

Fransada fövqəladə vəziyyət müddəti artırılır

25 May 2017 00:08

Günün qoroskopu: bir sıra sınaqdan keçməli olacaqsınız

25 May 2017 00:05

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

25 May 2017 00:02

Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir

24 May 2017 23:57

"Mən qabaqladığım kluba keçə bilmərəm"

24 May 2017 23:57

Yanıq xəsarəti alana bunları bir-bir edin - YADDA SAXLAYIN!

24 May 2017 23:57

Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq

24 May 2017 23:57

Xavi "Real"ın futbolçusunu təriflədi

24 May 2017 23:57

Göbələk xəstəliyi kişidən yoluxur? - QADINLAR, MÜTLƏQ OXUYUN

24 May 2017 23:57

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

24 May 2017 23:52

"Mançester Yunayted" onu satır

24 May 2017 23:52

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

24 May 2017 23:47

Mbappe: "Yeni klub seçimində..."

24 May 2017 23:47

Meymun kökəlib bu hala düşdü: Tezliklə arıqlamasa... - FOTO

24 May 2017 23:47