Dövlət Komitəsinin sədr müavini: "Azərbaycanda tolerant mühitə təhdid yaratmaq istəyən qüvvələr var"

Dövlət Komitəsinin sədr müavini: "Azərbaycanda tolerant mühitə təhdid yaratmaq istəyən qüvvələr var"
16:22 14 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında sərəncamına əsasən, “Azərbaycanda dövlət-din münasibətləri – 25 il” mövzusunda konfrans keçirilib.
“Report” xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və dini konfessiyaların rəhbərliyi, media nümayəndələri, dinşünas ekspertlər, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın müstəqilliyinin bərpasından ötən 25 il ərzində respublikada dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlərin müzakirəsidir.
Onun sözlərinə görə, Azərbaycanda dövlət din münasibətlərinin formalaşdırılıması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Azərbaycan “Dini etiqad azadlığı haqqında" qanunu MDB-də qəbul edən ilk ölkədir. Həmin qanun 1992-ci ildə qəbul edilib. Biz dövlət-din münasibətlərini tarixilik nöqteyi nəzərindən iki mərhələyə ayırırıq. Bunlardan biri ulu öndər Heydər Əliyev dönəmidir. İkinci tarix dövr Prezident İlham Əliyevin adı ilə bağlıdır”. 
Dövlət Komitəsinin sədr müavini deyib ki, Azərbaycanda tolerant mühitə təhdid yaratmaq istəyən qüvvələr də var: “Bu mühiti qəbul etmək istəməyən müəyyən radikal qruplar var ki, biz onlara təhdid kimi yanaşırıq. Bu gün DQİDK dini radikalizmə qarşı mübarizəni üç istiqamətdə aparır. Təbii ki, mübarizə digər dövlət qurumları ilə birgə aparılır”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Rəşad Əliyarlı bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan xalqının İslam anlayışına fəqli mövqedən müdaxilə etmək istəyən qüvvələr olsa da, Azərbaycan xalqı öz vəhdətini qoruya bilib.  








Xəbərin orijinal ünvanı: http://report.az/din/azerbaycanda-tolerant-muhite-tehdid-yaratmaq-isteyen-quvveler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR