Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir
16:32 14 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın "AlmaDK" şirkəti Ermənistan tərəfi ilə öldürücü olmayan silah istehsalı məsələsində əməkdaşlığa hazırdır.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə şirkətin direktoru Nurjan Makulbek Yerevanda keçirilən "ArmHiTec-2016" silah sərgisində deyib.

"Biz, həmçinin pirotexniki vasitələr və əsgərlərin məşq etməsi üçün imitasiyalı patronlar istehsal edirik. Təlimlər və ya hərbi əməliyyatlar zamanı qoşunların maskalanmasına yardım edə biləcək hər cür tüstü də istehsal edirik. Texnologiyalarımızdan istifadə edib silahları Ermənistanda da istehsal edə bilərik", - deyə N.Makulbek vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR