Prosineçki: "Biz sürpriz nəticələri bayram edirik"

Prosineçki: "Biz sürpriz nəticələri bayram edirik"
16:37 14 Oktyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az worldmedia.az-a istinadən bildirir ki, Böyük Britaniyanın "Belfast Telegraph" nəşrində müəllifi Adam Makkendri olan yazı dərc olunub.

Yazını təqdim edirik:

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki komandasını Dünya Çempionatının seçmə mərhələsində çıxış edən ölkələr arasında süpriz yığma kimi qiymətləndirir. Gələn ay baş tutacaq Belfast səfərindən qabaq baş məşqçi heç kəsdən çəkinmədiklərini bildirib.

Dünya sıralamasında 133-cü yerdə olan Prosineçkinin komandası seçmə mərhələyə kifayət qədər səs-küylü başlayıb. Azərbaycan millisi turnirə gözlənildiyi kimi, San-Marino səfərində qələbə ilə start verib. Onların Norveç üzərindəki 1:0 hesablı qələbəsi isə sürpriz sayıla bilər.

Azərbaycan millisinin çərşənbə axşamı Praqada Çexiya ilə keçirdiyi oyun isə 0:0 hesabı ilə başa çatıb. Bundan sonra Azərbaycan qrupda 7 xalla ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, seçmə mərhələnin ilk görüşündə Çexiya-Şimali İrlandiya qarşılaşması da qolsuz bərabərliklə nəticələnmişdi.

"C" qrupunun digər qarşılaşmasında Şimali İrlandiyanın lider Almaniyaya 2:0 hesabı ilə məğlub olmasından sonra bizim Azərbaycanla xal fərqimiz üçə çatıb. Amma noyabrın 11-də "Vindzor Park" stadionunda Azərbaycan millisilə keçirəcəyimiz oyunda bu xal fərqini kompensasiya edə bilərik.

Bununla yanaşı, Prosineçki komandasının seçmə mərhələyə gözlənilməz başlanğıcından sonra hər bir komandanı uda biləcəklərinə inanır: "Bəli, mən Azərbaycanın Dünya Çempionatının seçmə mərhələsinin kəşfi olduğu fikri ilə razıyam. Heç kəs Azəbaycandan belə nəticə gözləmirdi. İnanıram ki, Azərbaycan millisi bütün komandalarla mübarizə apara bilər".

Onun sözlərinə görə, yığmanın heyətində bir çox oyunçu dəyişib: "Lakin biz gördüyümüz işlərin doğruluğuna inanırıq. Biz həqiqətən də çox işləyirik. Oyunçularımız özlərinə və bizə güvənir. Onları buna inandırmışıq. Hazırda onlar hər kəslə oyunda sürpriz edə biləcəklərinə inanır".

Baş məşqçi hesab edir ki, Norveç üzərində qazanılmış qələbə və Çexiya ilə heç-heçə həqiqətən də böyük nəticədir: "Hazırda Azərbaycanda futbol eyforiyası var. İnsanlar bizə inanır. Onlar heç vaxt belə nəticələr görməyib".

Prosineçkinin sözlərinə görə, komandasının vəziyyəti gün-gündən daha da yaxşılaşır: "Biz sərt oynayırıq və yaxşı mübarizə aparırıq. Ciddi futbol nümayiş etdiririk. Buna görə də nəticələr təsadüf deyil".

"Biz 2016-ci ildə Avropa Çempionatının seçmə mərhələsində Oslodakı oyunda Norveçi (0:0), evimizdə Xorvatiyanı (0:0) və son dəqiqələrdə məğlub olduğumuz İtaliyanı (3:1) da təəccübləndirmişdik. Azərbaycan millisinin təkcə müdafiə olunmasını deyil, futbol oynamasını istəyirik", - deyə Prosineçki bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR