Azərbaycanlı şagird dünya rekordunu yeniləyə bilər - FOTO/VİDEO

Azərbaycanlı şagird dünya rekordunu yeniləyə bilər - FOTO/VİDEO
16:38 14 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Ən az və ən çox şagirdi olan rayonların adları açıqlandı (28 Aprel 2017 14:39)

Azərbaycanlı yeniyetmə qız 1 dəqiqəyə ortalama 25 mindən çox söz oxuya bilir. Bakıda fəaliyyət göstərən tədris mərkəzlərindən birində sürətli oxuma ilə bağlı hazırlıq keçən 8-ci sinif şagirdi Fatimə Zülfüqarlı dünya rekordunu yeniləyə bilər.

F.Zülfüqarlı "Report”a açıqlamasında bu fikrə Türkiyədə yayımlanan verilişlərdən birində 12 yaşlı Tarık Yiğitin 1 dəqiqə ərzində 11 725 söz oxumasını gördükdən sonra düşdüyünü bildirib: “Düşündüm ki, mən də öz üzərimdə çalışsam, rekord əldə edə bilərəm və onun rekordunu yeniləmək üçün qarşıma məqsəd qoydum. Bunun üçün çalışdım və istəyimə nail oldum. Bu istəyimə əsas anam dəstək olurdu. Atam və qardaşım isə buna inanmırdı. Lakin sonradan onlar da inandı”.

O, hazırlığa gəlməmişdən qabaq evdə məşq etdiyini, lakin çox kitab oxumağın onda göz ağrılarına səbəb olduğunu deyib: “Ancaq burda müəllimin sürətlə oxumağın taktikalarını öyrətdi. Sürətli oxumaq məktəbdə də köməyinə çatır. Bəzən yeni dərsin keçilməsindən xəbərim olmayanda həmin tapşırığı dərhal açıb oxuyuram və lövhəyə çıxanda yaxşı cavab verirəm. Sinif yoldaşlarım əvvəllər inanmırdılar. Ancaq sonra kitab verdilər və saniyə tutdular. 1 dəqiqə ərzində oxuduğum sözlərin sayını hesabladılar və sonra həmin kitabdakıları danışmağımı istədilər. Mən danışdıqdan sonra həqiqətən də oxuduğuma inandılar”.

F.Zülfüqarlı qeyd edib ki, gələcəkdə hansı peşəni seçəcəyi barədə hələlik qərarsızdır: “Əvvəl hüquqşünas, sonra kompüter mühəndisi, indi isə neft sahəsi üzrə çalışmaq istəyirəm. Seçimimi etmək üçün hələ zamanım var”.

Biz onunla görüşümüzdə deyilənlərin şahidi olmaq üçün oxumadığı kitablardan birini seçərək oxumasını istədik. Fatimə 1 dəqiqədə 34 səhifə oxuyaraq sonradan hekayəni bizə nəql etdi.

Müəllimi Cəmilə Quliyeva isə "Report"a sürətli oxu proqramının Azərbaycanda icra edilməsinin tarixinin 4 illik olduğunu söyləyib: "Bu proqramın başlama və bitmə müddəti 3 ayı əhatə edir. Xüsusi göz məşqləri və texnika ilə olan proqramdır. Yay tətilindən bəri Fatimə ilə məşğul oluruq. Proqrama ilk başlayanda 1 dəqiqəyə 56 söz oxuya bilirdi və 15-20 faiz anlama var idi. Özünün oxumağa olan həvəsi bu işi daha da sürətləndirirdi. Birinci gün olmasına baxmayaraq, oxuma sürətini 56 sözdən 247 sözə qədər artırmışdı. Bir həftənin sonunda bu rəqəm 1 500-ə yaxın idi. İndi isə oxuma sürəti mətnin şriftinə və həcminə görə dəyişir. 1 dəqiqədə 25 min ortalama götürmüşdük, ancaq 48 minə qədər artım etdiyi olub. Fatimənin görmə qabiliyyəti də zəif idi. Bu proqramda olan göz məşqləri texnikaları görmə qabiliyyətini gücləndirir".

Onun sözlərinə görə, uşaq sürətli oxu proqramına cəlb edilməsi üçün ən azı 7 yaşına çatmış olmalıdır: "Sürət zəif olsa da, ən azı heç olmasa sərbəst şəkildə oxumağı bacarmalıdır. Biz sadəcə oxuya bilən uşaqların sürətini artırırıq. Heç bir yaddaşsızlıq problemi yaratmır. Bu, həm də əzbərçilik deyil. Çünki 1 dəqiqədə 48 min söz oxunursa, bu nə dərəcədə əzbərçilik yarada bilər. Son iki ildə 15-20 tələbəm olub. Minimum göstərici 25 sözdən 350-400 sözə qədər olub. Proqrama başlayanda sürətin 3 dəfə artacağına zəmanət veririk. Ancaq 3 dəfə yox 10 dəfə artım olur”.

Tədris mərkəzinin direktoru Əfsanə Fərəcullayeva vurğulayıb ki, mərkəzdə əvvəllər sürətli hesablama proqramı icra olunurdu: “4 yaşdan 14 yaşına qədər uşaqlar sərbəst şəkildə kalkulyatordan istifadə etmədən 3-4 rəqəmli ədədləri bir-birinə vura bilir. Daha çox riyaziyyat üzrə müraciətlər olur. Daha sonra sürətli oxu proqramına başlanıldı. Sürətli oxu üzrə şagirdlərin sayı az olsa da nəticə yaxşıdır”.

Qeyd edək ki, sürətli oxuma üzrə ilkin rekordu amerikalı gənc vurub. O, 1 dəqiqəyə 6 000 söz oxuya bilib. Amma ötən il həmin gəncin rekordunu Türkiyə vətəndaşı olan 12 yaşlı Tarık Yiğit təkrarlayıb və hətta yeni rekorda imza atıb.




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağır döyüşlər: 10 ölü, 20 yaralı

24 İyun 2017 16:53

Azyaşlıların sırğalarını soydu

24 İyun 2017 16:52

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb

24 İyun 2017 16:52

"Qarabağ" ilk əcnəbini transfer etdi -

24 İyun 2017 16:49

Fil fevtivalı döyüş meydanına çevirdi – VİDEO

24 İyun 2017 16:48

Acunun toyu 3 gün, 3 gecə olacaq

24 İyun 2017 16:42

Xırdalanda borc pula görə tanışını bıçaqlayan şəxsin cəzası endirilib

24 İyun 2017 16:42

ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA

24 İyun 2017 16:38

Elçin Sanqu yeni serialla qayıdır

24 İyun 2017 16:32

Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib

24 İyun 2017 16:29

İranlı azarkeş: Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib

24 İyun 2017 16:29

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 16:28

Avropa Liqasına erkən vida

24 İyun 2017 16:27

Dibalanı yoldan çıxarırlar - SON DURUM

24 İyun 2017 16:27

Azərbaycanda gizli at əti BİZNESİ - İNANILMAZ FAKTLAR

24 İyun 2017 16:23

Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI - FOTO

24 İyun 2017 16:22

Şarl Lekler Bakıdakı qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib

24 İyun 2017 16:22

"Cəhənnəmin qapılarını bağladı" -

24 İyun 2017 16:21

Nəfəs aparatına qoşulu yaşayan xalq artistinin SON DURUMU - ÖLÜM TƏHLÜKƏSİ

24 İyun 2017 16:19

Berluskoni: "Trampın arvadından xoşum gəlir" - FOTO

24 İyun 2017 16:17

UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” (FOTO)

24 İyun 2017 16:15

Bakıda konsert verməyə hazırlaşan Meray Keri kökəlib bu hala düşdü - FOTO

24 İyun 2017 16:13

Daha bir "Qarabağ"lı "Adanaspor"la anlaşdı

24 İyun 2017 16:07

Məşhur azərbaycanlı reperin ölümünün TƏFƏRRÜATLARI - VİDEO - FOTO

24 İyun 2017 16:05

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusuna növbəti “polkovnik” hərbi rütbəsi verilib

24 İyun 2017 16:02

Lütlənib oğlanla dağa çıxdı, sonra... - ANBAAN VİDEO

24 İyun 2017 15:58

Qazaxıstanlı turistlər: Azərbaycanda insanlar çox mehribandır

24 İyun 2017 15:55

Ərdoğanla Putin arasında telefon danışığı -

24 İyun 2017 15:53

Terrorçuların Məkkə planında ŞOK DETAL

24 İyun 2017 15:48

Rəqsanənin qızı gəlinlik geyindi - FOTOLAR

24 İyun 2017 15:44

Almaniyalı turist: Bakı çox gözəl şəhərdir

24 İyun 2017 15:43

Luis Hemilton bulvarda avtoqraf paylayıb

24 İyun 2017 15:42

Həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

24 İyun 2017 15:42

"Danışsam, qan düşəcək" - Tolik əsəbləşdi

24 İyun 2017 15:42

Bakıda əl qumbarası satmaq istəyən şəxs ələ keçdi

24 İyun 2017 15:39

Anadan DƏHŞƏTLİ ADDIM: 6 aylıq körpəsinə BUNU ETDİ - FOTO

24 İyun 2017 15:38

Messi 30 yaşında

24 İyun 2017 15:37

Saçınız soda ilə yusanız...

24 İyun 2017 15:33

Azərbaycanda günəş enerjisi istehsalı azalıb

24 İyun 2017 15:27

Pirallahıda piyadanı vurub qaçan sürücü saxlanılıb

24 İyun 2017 15:27

Bakı klubunun rumın legioneri gəldi - SON DURUM

24 İyun 2017 15:27

Pakistanda tələfat sayı artdı -

24 İyun 2017 15:26

Amerikalı zənginlərdən Trampa TƏRS ŞİLLƏ

24 İyun 2017 15:23

Qumbara satmaq istəyən tutuldu, narkotik mənbəyi tapıldı

24 İyun 2017 15:22

Naxçıvanda oftalmologiya ilə bağlı elmi araşdırmlar aparılacaq

24 İyun 2017 15:15

Azərbaycana qızıl qaçaqmalçıları yaxalanıb

24 İyun 2017 15:14

Ən uzaq məsafədən terrorçunu vuraraq REKORDU QIRDI

24 İyun 2017 15:13

Milyarderlər axirət gününə hazırlaşır - Onlar nəsə bilir?

24 İyun 2017 15:12

Formula 1: Ferstappen yarışı tərk etdi

24 İyun 2017 15:08

Samirə və ərinin qolf sevgisi - FOTO

24 İyun 2017 15:05