Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Narkoşəbəkə yaratmaqda ittiham edilən şəxs Azərbaycandan ekstradisiya edildi

Narkoşəbəkə yaratmaqda ittiham edilən şəxs Azərbaycandan ekstradisiya edildi

Date: 14 October 2016 16:42

Narkoşəbəkə yaratmaqda ittiham edilən Belarus vətəndaşı Bakıdan Minskə ekstradisiya edilib.

Milli.Az report-a istinadən bildirir ki, adı açıqlanmayan cinayətkarı 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının versiyasına görə, psixotrop maddələr iki internet-mağaza vasitəsilə satılıb. Əvvəllər artıq narkotik alverinə görə məhkum həyatı yaşayan 30 yaşlı Belarus vətəndaşı gizlilik prinsipləri əsasında mütəşəkkil dəstəyə rəhbərlik edib.

O, Azərbaycan və Belarus hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti sayəsində Azərbaycanda saxlanılıb.
Qeyd edək ki, mütəşəkkil qrupun artıq 20-dən çox üzvü psixotrop maddələrin satışı üzrə törətdikləri cinayətlərə görə məhkum edilib. Amma iş ilə bağlı şübhəlilərin sayının çox olması nəticəsində axtarışlar davam etdirilir.

Milli.Az


Tags:  Narkoşəbəkə yaratmaqda ittiham edilən şəxs Azərbaycandan ekstradisiya edildi

RƏYLƏR


Top news