Azərbaycan Prezidenti Tailand xalqına başsağlığı verib

Azərbaycan Prezidenti Tailand xalqına başsağlığı verib
16:42 14 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailand Krallığının baş naziri, general Prayut Çan-o-çaya başsağlığı məktubu göndərib. 
"Report"un məlumatına görə, məktubda deyilir: 
"Hörmətli cənab baş nazir,
Tailandın Kralı Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-tailand-xalqina-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR