Bu il 1800 nəfər narkotikə görə tutulub - AZƏRBAYCANDA

Bu il 1800 nəfər narkotikə görə tutulub - AZƏRBAYCANDA
16:44 14 Oktyabr 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu ilin 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun açıqladığı hesabatda əksini tapıb. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1378-i 30 yaşdan yuxarı, 11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1772-i kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olub. Onlardan ümumilikdə 522 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

 

Cinayət məsuliyyətinə cəlb edilən əcnəbilərdən 12-si İran, 4-ü Gürcüstan, 1-i Hindistan, 1-i Belarusiya, 1-i isə Türkmənistan  vətəndaşıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR