Xankəndidə turnir keçirilməsinə göz yuman azərbaycanlı - FOTO+VİDEO

Xankəndidə turnir keçirilməsinə göz yuman azərbaycanlı -  FOTO+VİDEO
16:47 14 Oktyabr 2016
2098 İdman
Ölkə mətbuatı
A- A+

Bu günlərdə maraqlı bir fakt diqqətimizi çəkdi. Hadisə avqustun 3-də baş versə də, mövzunun aktuallığı gec də olsa, Qaynarinfo.Az-ı məsələni ictimailəşdirməyi zəruri edir. 


Belə ki, avqustun 3-də Azərbaycanın Xankəndi şəhərində Ermənistan MMA (Mixed Martial Arts - Qarışıq Döyüş Sənəti) Federasiyası tərəfindən "Real Fayt 1" döyüşləri keçirilib.


Lakin bu şəhər Dünya MMA Assosiasiyasının (WMMAA) saytında Ermənistan şəhəri kimi ictimaiyyətə təqdim olunub. Həmin yarışda Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasının idmançıları iştirak edib.

Təqdim olunan şəkildən də göründüyü kimi (bunu WMMAA-nın saytı olan wmmma.org-a daxil olub "Üzvlər" (Members) bölməsindən də görmək olar - red.) Azərbaycan MMA Federasiyası (AMMAF) WMMAA-ya üzvdür. Görünür, məhz belə bir xəbərin mətbuatda yer almasından sonra WMMAA-nın bizdəki əlaltıları bundan bərk təşvişə düşüb. Xankəndidə belə bir yarış keçirilir, ancaq AMMAF buna heç bir reaksiya vermir.


Məntiqlə işğal altında olan rayonlarımızda hansısa yarış keçiriləndə ilk növbədə beynəlxalq quruma tabe olan Azərbaycandakı üzv federasiyası məsələyə öz narazılığını bildirir. Əgər bu etiraz bir işə yaramırsa, o zaman bu, dövlət səviyyəsində edilir. Yəni, Azərbaycanın Xarici İşlər Nazirliyi qarşı tərəfə nota göndərir.


Yarışın keçirilməsi bir yana, xəbərin özü düz 2 ay WMMAA-nın saytında əks olunub. Yalnız məlum yazıdan sonra bizdəki rəsmilər işlərini itirəcəklərindən qorxub xəbərin WMMAA-nın saytından çıxarılmasına nail olublar. Hazırda da bu saytın "Xəbərlər" (News) bölməsinə daxil olduqda Xankəndində belə bir yarışın keçirilməsinə dair məlumata rast gəlməzsən. Bu isə "bizimkilər"in məlumatı çıxartmasından xəbər verir.   


Özü də maraqlıdır ki, AMMAF-ın prezidenti Rövşən Həsənov məsələyə müdaxilə edə biləcək səviyyədə bir adamdır. Yəni, MMA-da az sanballı insan sayılmır. Həsənov 2 il əvvəl Avropa MMA Assosiasiyasının vitse-prezidenti seçilib. Həmin qurumun prezidenti isə hollandiyalı Aleksander Enqelhardtdır. Həmin Enqelhardt WMMAA-da həm də İnkişaf direktoru vəzifəsindədir. Yəni, Rövşən Həsənov işinə məsuliyyətlə yanaşsaydı, bu xəbər nəinki 2 ay qurumun saytında yer alardı, hətta istəsəydi, belə bir turnirin Xankəndində keçirilməsinə etiraz da edərdi.


Bizdə olan məlumata görə, Rövşən Həsənov Rusiyada yaşayır. Həvəskar MMA üzrə qurum olan Dünya Qarışıq Döyüş Sənəti Assosiasiyasının qərargahı da məhz Rusiyada yerləşir (İsveçin Yötebori şəhərindəki Beynəlxalq MMA Federasiyasının (IMMAF) bu quruma aidiyyəti yoxdur). Deməli, Rövşən Həsənovun bu məsələdən daha tez xəbərdar olması və belə bir turnirin keçirilməsinin qarşısını almaq üçün daha yaxşı imkanları vardı. Həsənov isə bu il verdiyi müsahibədə 2018-ci ildə Azərbaycanda MMA üzrə dünya çempionatı keçirməkdən dəm vurur. Adama deməzlər ki, sən hələ burnunun dibində belə qanunsuz turnirlərin qarşısını ala bilmirsən, Bakıda necə dünya çempionatı keçirəcəksən?!

Onu da vurğulayaq ki, WMMAA-nın prezidenti monakolu Vadim Finkelşteyn, fəxri prezidenti məşhur Ukrayna doğumlu rus idmançı, "Sonuncu İmperator" ləqəbli Fyodor Yemelyanenkodur. Və hər 2 şəxs 2 il əvvəl Bakıda keçirilən MMA üzrə Avropa çempionatına Rövşən Həsənov tərəfindən dəvət olunub. Nə demək istədiyimizi yəqin ki anladınız...


Qeyd edək ki, Azərbaycan MMA Federasiyası isə qurum kimi bu ilin fevralın 16-da rəsmi qeydiyyata düşüb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“SOCAR Ukraine” qaz satışı üçün lisenziya alıb

29 İyun 2017 13:12

Bakıda makler qadın ev sahibinə cinsi əlaqə təklif etdi - VİDEO

29 İyun 2017 13:12

Sabah “ilin toyu”du: 260 şəxsi təyyarə, 300 “oxrana”...

29 İyun 2017 13:09

“PwC”: Dünya üzrə ÜDM-in həcmi süni intellektin hesabına 16 trln. dollar artacaq

29 İyun 2017 13:07

"Liverpul" London klubundan futbolçu almaq istəyir

29 İyun 2017 13:05

Qətər Səudiyyənin şərtini qəbul etdi? - Türkiyə "oyundan çıxarılır"

29 İyun 2017 13:05

Arda Turan sevgilisiylə tətildə - FOTO

29 İyun 2017 13:05

Bakı Zooloji Parkında yenidənqurma işləri

29 İyun 2017 13:04

NATO Əfqanıstana əlavə hərbçi göndərəcək

29 İyun 2017 13:02

“Təhsil müəssisələrinin optimallaşdırılması davam etdirilir” - Nazir

29 İyun 2017 12:59

Sabah 35 dərəcə isti olacaq

29 İyun 2017 12:58

Qız üstündə keçmiş məhkumu öldürüb qamışlığa atan şəxs tutuldu

29 İyun 2017 12:57

Tanınmış müğənni sətəlcəmdən öldü

29 İyun 2017 12:57

Mingəçevirdə təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var

29 İyun 2017 12:57

Çili finalda - VİDEO

29 İyun 2017 12:57

“Qəbələ”nin yeni transferi: "Ümid edirəm ki..."

29 İyun 2017 12:57

Sabaha olan

29 İyun 2017 12:54

Koçaryandan Putini qəzəbləndirəcək SÖZLƏR - İrəvan SƏKSƏKƏDƏ

29 İyun 2017 12:53

Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

29 İyun 2017 12:52

Futbolda dördüncü əvəzetmədən istifadə olundu

29 İyun 2017 12:52

Yağış, 35 dərəcə isti - SABAH

29 İyun 2017 12:49

Bakıda silahlı şəxs yaxalandı

29 İyun 2017 12:49

Keçmiş şahzadə sarayda məhkum edildi - QALMAQAL

29 İyun 2017 12:48

"Zirə” klubu “Differdanj” komandası ilə oyunlar üçün daha bir futbolçu sifariş edib

29 İyun 2017 12:47

Mingəçevirin eşitmə və danışma əngəlli qeyri-adi sənətkarı - VİDEO - FOTO

29 İyun 2017 12:47

“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

29 İyun 2017 12:47

Elton Hüseynəliyev xanımı barədə nələr yazdı?

29 İyun 2017 12:44

Yağış yağacaq, şimşək çaxacaq

29 İyun 2017 12:42

Bakıda zorakılıq: qadını çığırda-çığırda maşına mindirdilər - VİDEO

29 İyun 2017 12:37

Bakı metrosunda ehtiraslı anlar - Gənclər özlərini "saxlaya" bilmədilər - VİDEO

29 İyun 2017 12:37

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında yenidənqurma işləri başlayır

29 İyun 2017 12:37

Hansı nazirin qəbuluna düşmək istəyirsiniz?

29 İyun 2017 12:37

Ekologiyaya ziyan vuran ən təhlükəli cihazlar bəlli olub

29 İyun 2017 12:35

Tanınmış müğənni vəfat etdi

29 İyun 2017 12:34

Azərbaycan müğənniləri neçə minlik avtomobil sürür? - SİYAHI

29 İyun 2017 12:33

Prospektə 4 avtomobil toqquşdu - VİDEO

29 İyun 2017 12:32

Hamilə qadın ərini YouTube-a görə öldürdü - VİDEO - FOTO

29 İyun 2017 12:32

İnsan ölümə aparan 10 MƏKAN: İstanbul və... - Əsla bu YERLƏRƏ GETMƏYİN - VİDEO

29 İyun 2017 12:28

Bakıda qadını zorla maşına mindirib qaçırdılar

29 İyun 2017 12:28

Bakı-Sumqayıt yolunda altı tələbənin ölümünə səbəb olan sürücü: "Ölüm hökmünə də razıyam"

29 İyun 2017 12:27

Bakıda restorandan oğurluq olub

29 İyun 2017 12:27

Almaniya Bundestaqında hakim koalisiya "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığın gücləndirilməsinə çağırış edib

29 İyun 2017 12:27

"Dinamo"nun baş məşqçisi "Qarabağ"ın hazırlıq səviyyəsini tənqid etdi

29 İyun 2017 12:27

Lisey və gimnaziyalara qəbul olunmayan uşaqların taleyi necə olacaq? - Rəsmi AÇIQLAMA

29 İyun 2017 12:22

Azərbaycan gömrükçüləri avtomobildən 8 ədəd mobil telefon aşkar edib

29 İyun 2017 12:22

Məşhur müğənni ilə milyarder ərinin saray kimi MÖHTƏŞƏM EVİ - FOTO

29 İyun 2017 12:18

Nazirdən universitetlərə publik hüquqi şəxs statusunun verilməsinə MÜNASİBƏT

29 İyun 2017 12:17

Arvadını döydü, sonra videonu Facebook-da paylaşdı - VİDEO - FOTO

29 İyun 2017 12:17

Bakıda dəhşətli hadisə: hərəkətdə olan avtomobildən yıxılıb öldü

29 İyun 2017 12:17

Elton: "Bu, son deməkdir" - FOTO

29 İyun 2017 12:17