29 yaşlı qadın itkin düşüb

29 yaşlı qadın itkin düşüb
16:47 14 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Tərtər rayon sakini itkin düşüb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 29.03.1987-ci ildə Tərtər rayonunda anadan olmuş, Gəncə şəhərində kirayənişin kimi yaşamış Şəlalə Səmədova bu il sentyabrın 15-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:
Boyu 1 metr 65 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.
Evdən gedərkən əynində göy rəngli cins şalvar və zərli kofta, ayağında isə idman ayaqqabısı olub.
Şəlalə Səmədovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (055) 331-24-24 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/29-yasli-qadin-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR