Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir

Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir
16:52 14 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, intensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/hava-hucumundan-mudafie-herbi-hisselerinde-telim-mesqleri-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR