Prezident İlham Əliyev Tailand Krallığının Baş nazirinə başsağlığı verib

Prezident İlham Əliyev Tailand Krallığının Baş nazirinə başsağlığı verib
16:52 14 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Tailand Krallığının Baş naziri General Prayut Çan-o-çaya
başsağlığı məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Tailandın Kralı Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/479425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR